Ramiz Rzayev: “ Son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib”
Tarix: 26.05.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Müsbət haldır ki, son zamanlar məhkəmə qərarlarının tərtibat keyfiyyəti yüksəlib, qərarların əsaslandırılması zamanı daxili qanunvericiliklə yanaşı, beynəlxalq konvensiyaların normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə istinad halları çoxalıb. Ona görə də konvensiyanın və presedent hüququnun tətbiqinin öyrənilməsi daim diqqət mərkəzində saxlanılmalı, bu sahədə təlimlər davam etdirilməlidir. Bunu Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib. Ali Məhkəmənin sədri “Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin perspektivləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi zamanı görülmüş ən önəmli işlərdən biri də heç şübhəsiz ki, Məhkəmə-Hüquq Şurasının yaradılması olub. Əminliklə qeyd etmək olar ki, son 10 il ərzində məhkəmə sahəsində köklü islahatların həyata keçirilməsinə Məhkəmə-Hüquq Şurası bir qurum olaraq mühüm töhfələr verib. Ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə nail olmaq üçün bir-biri ilə sıx bağlı olan kompleks işlərin görülməsinin tələb edildiyini deyən Ali Məhkəmənin sədri vurğulayıb ki, buraya ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər aiddir. Prezident İlham Əliyev tərəfindən keçən il “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında müvafiq Sərəncamın imzalandığını xatırladan Ramiz Rzayev Ali Məhkəmədə artıq müasir İT sistemindən asılı olan daxili şəbəkənin yaradıldığını və bunun vasitəsilə sənədlərin sürətli dövriyyəsinin həyata keçirildiyini söyləyib. O vurğulayıb ki, “Elektron məhkəmə” Azərbaycan məhkəmələrinin gələcəyidir.
Ramiz Rzayev deyib ki, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi bizim üçün həmişə prioritet məsələ olub: “Ali Məhkəmə tərəfindən konvensiyanın və Avropa Məhkəməsinin presedent hüququnun milli məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair xüsusi plenum qərarı qəbul edilib. Həmin qərar milli məhkəmələrdə presedent hüququnun öyrədilməsi və baxılan işlərin tətbiqi sahəsində mühüm rol oynayıb”.
O, diqqətə çatdırıb ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur: “Görəcəyimiz işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir. Əsas məqsəd isə ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info