Azərbaycanlı xanımın haqlı etirazı erməni “tarixçi”ni özündən çıxardı
Tarix: 26.05.2015 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Erməni diasporu dünyanın dörd bir yanına səpələnsə də, son illərdə onların fəaliyyətində bir axsamalar yaranıb. Bu da Azərbaycan dövlətinin güclənməsi, diasporumuzun, xaricdə təhsil alan, yaşayan soydaşlarımızın aktiv fəaliyyətlərinin sayəsində olub. Təsadüfi deyil ki, yalan dolu tədbirləri, təbliğatları ilə gündəmə gələn erməni diasporunun əməlləri son illərdə dəfələrlə soydaşlarımızın, diaspor üzvlərimizin sayəsində faş olur. Belə bir olay bu günlərdə Fransada-paytaxt Parisdə yaşanıb. Türkiyənin “Haberler. com” saytının məlumatına görə erməni diasporunun aktiv üzvlərindən olan Klaude Mutafyan adlı biri təşkil olunan tədbirdə Dağlıq Qarabağın tarixi Ermənistan ərazisi olması haqda çıxışlar edib. Erməni millətçilər tərəfindən təşkil olunan toplantıya qatılan bir azərbaycanlı xanım bu mövzuya müdaxilə edərək tədbir iştirakçılarının diqqətinə BMT-nin məlum qətnamələrini xatırladıb. O bildirib ki, əgər ən ali qurum qeyd-şərtsiz Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edirsə, yalandan “o torpaqlar Ermənistan ərazisidir” deyib, təbliğat aparmaq hansı məntiqə sığır? Bu haqlı tələbdən əsəbləşən “tarixçi” Mutafyan hətta azərbaycanlı xanımın üzərinə də gəlib. Tədbirə qatılan “Objectif 21 Dərnəyi”nin rəhbəri Tahsin Tekin “Sakit olun, qarşınızdakı bir xanımdır”,deyərək irad tutmasından sonra yalançı tarixçi səhnəyə doğru uzaqlaşaraq həqarətli sözlər işlədib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info