Yunanıstan iflas olacağı təqdirdə Avrozonanı tərk edəcək?
Tarix: 26.05.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Yunanınstanda hakimiyyətdə olan SIRIZA partiyası Avropa Birliyi ilə qarşılıqlı şərtlərlə razılığa gəlməyəcəyi təqdirdə, bu təşkilatı tərk edəcəyini istisna etmir. Bu barədə «The Wall Street Journal» nəşri məlumat verir. «Kim deyir ki, bizim Avrozonanı tərk edib , öz mili valyutamıza qayıtmamız fəlakətlə nəticələnəcək?» -deyə Yunanıstanın enerji naziri Panayotis Lafazanis sual edir. O, bu qənatədədir ki, iflas şəraitində kreditorlara üstün güzəştlər verilsə, bu, Avrozonadan çıxış yolu olacaq.
Ölkədəki başqa bir yenilik barədə "sol platforma"dan olan millət vəkili İoanna Qaitani deyib: « Avro və milli valyuta arasında olan yalan dilemma ilk olaraq borcların birtərəfli ləğvi, yüksək gəlir vergisi və partiya proqramının tətbiqi ola bilər. «Solçular»a görə isə xalqın ehtiyacları üçün yüksək müavinət və borc ola bilər.»
Qeyd edək ki, hazırda bu ölkədə bir tərəfdən hakim partiyanın beynəlxalq kreditorlar və onların tərəfdarları ilə, digər tərəfdən də yeni müqaviləyə müxalif olanalar arasında kəskin mübarizə yaşanır. «Sol platforma» tərəfdarları ölkədə pensiyaların azaldılması və zəhmətkeşlərin hüquqlarının qorunması ilə bağlı məsələdə heç bir güzəştə getməyəcəklərini bildirirlər.
Ekspertlərin fikrincə,Yunanıstan dövləti Beynəlxalq Valyuta Fondunun kreditləri vasitəsilə iflasın qarşısını almaq üçün kreditorların sərt iqtisadi sanksiyalar siyahısı ilə razılaşmalıdır. Baxmayaraq ki, Yunanıstan bu ilin iyunun 5-nə qədər müvafiq olaraq 300 milyon avro ödəmək iqtidarında olsa belə, 12, 16 və 19 iyunda 1,25 milyard avro məbləğində ödənişlər etmək bu ölkənin gücü xaricindədir.
Xatırladaq ki, Yunanıstan hazırda «Türk axını» boru kəmərinin tikintisi üçün maliyyə cəlb etmək iqtidarında da deyil . Bunun başlıca səbəbi bu ölkənin ən böyük kreditoru olan Avropa Birliyinin yeni kreditlərin verilməsinə məhdudiyyətlər qoymasıdır. Bu barədə Rusiya maliyyə nazirinin müavini Serqey Storçak "İnterfaks"a verdiyi açıqlamada bildirib. Bunu Yunanıstanın daxili işlər naziri Nikos Vutsis da «ölkə artıq Beynəlxalq Valyuta Fondunun kreditlərini ödəmək iqtidarında deyil» şəkilində etiraf edib: «İyun ayında BVF-yə ödəniş tranşı 1,6 milyard avroya çatmalıdır. Bizim bu məbləği ödəmək üçün heç bir vəsitimiz yoxdur». Qeyd edək ki, may ayının əvvəllərində Vaşinqton Afinadan «Türk axını» qaz kəməri layihəsində iştirak etməkdən imtina etməyi tövsiyə etmişdi.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info