İsmayıllıda məşəl bayramı
Tarix: 26.05.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib.
Şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəliblər.
Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılanıblar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olunub.
Musiqiçilərin zəngin repertuarlı konsert proqramı, bir-birini əvəz edən mahnı və rəqslər ismayıllılılara ikiqat bayram sevinci yaşadıb.
İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimindən aldığı təəssüratı bölüşən rayon sakini, ziyalı Hümbət Əsədov deyib: “Gözəl, unudulmaz, tarixi bir gündür. İnsanları, ən çox da gənclərimizi sevinc içində görməkdən fərəhlənirəm. Axı, necə də sevinməyim! Müstəqillik tarixi heç də uzaqda olmayan ölkəmizin bu cür möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi hamı kimi məndə də iftixar hissi doğurur. Bu, əlbəttə, Azərbaycanın beynəlxalq nüfuzundan, qüdrətli olmasından irəli gəlir”.
Rayon sakini gənc şahmatçı, beynəlxalq dərəcəli usta, şahmat məsələlərinin əyani həlli üzrə dünya çempionu Ramil Cavadov isə sevincini belə ifadə edib: “Bugünkü mərasim bir idmançı kimi məni ikiqat sevindirir. Birincisi, ona görə ki, qədim Atəşgah məbədində alovlandırılan və Azərbaycanın hər bir guşəsini qarış-qarış gəzən məşəl rayonumuza gətirilib, minlərlə ismayıllılı bu alovu coşqu ilə qarşılayıb. İkinci isə ona görə ki, bu tarixi hadisə ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda qazanılan böyük uğurlardan xəbər verir. İyunun 12-28-də keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları hazırda nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir. Hamı kimi, mən də yaxınlaşmaqda olan o günü səbirsizliklə gözləyirəm”.
Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola salınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info