Vladimir Orlov: “Biz ilk Avropa Oyunlarına sıx inteqrasiya olunmuşuq”
Tarix: 26.05.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“Biz ilk Avropa Oyunlarının keçirilməsi layihəsini dəstəkləyirik. Telekommunikasiya avadanlıqlarının bir nömrəli təchizatçısı kimi biz Avropa Oyunlarının hazırlıq prosesində iştirak etmişik. Bütün infrastruktur bizim texnologiyalarımız əsasında qurulub. Biz Olimpiya stadionu və müştərilərə xidmətin bir hissəsiyik”. Bu sözləri “Cisco”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov qəzetimizə bildirdi. O, ilk Avropa Oyunlarına sıx inteqrasiya olunduqlarını dedi: “Çunki bütün işləri həyata keçirən tərəfdaşımız “Evrodizayn” şirkəti bizi gələcək yarışmanın ekosisteminə inteqrasiya edə bildi. Biz onun qarşısında duran tapşırıqların həll edilməsi konsepsiyasının reallaşdırılmasında iştirak edirik. İnanıram ki, Azərbaycanda keçiriləcək “Formula-1” yarışları və İslam Həmrəyliyi Oyunlarında da bu əməkdaşlığımız davam edəcək”.
Vladimir Orlov ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi.
Vladimir Orlov əlavə etdi ki, Bakı qlobal trendlərin bir hissəsinə çevrilməkdədir: “Bakı Hərtərəfli İnternet baxımından bizim üçün maraqlıdır. Bakı birmənalı olaraq bu trendin bir hissəsidir və əsas sual ondan ibarətdir ki, Bakının özü nə istəyir və biz ona istədiyinə çatmaq üçün nə verə bilərik. Əgər bir ölkə nəyə nail olmaq istədiyini yaxşı bilirsə və özünün inkişaf strategiyasına malikdirsə, bu zaman tərəfdaşlar da ona yardım edir”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu
12.01.2019
Ermənistan hakimiyyəti öz xalqını qonşu dövlətlərlə sülhə hazırlamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info