Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib
Tarix: 26.05.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.
Tədbirdə İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan - Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, Rusiya Federasiyasının federal subyektləri ilə səmərəli əməkdaşlıq edildiyini vurğulayıb. Hazırda Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. 2014-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. dollara çatmış, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artıb. Qeyd edilib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Azərbaycan və Rusiya arasında indiyədək iqtisadi sahədə müxtəlif formatlı 30-dan çox tədbir, o cümlədən 5 regionlararası forum təşkil edilmişdir. Nazir müavini Niyazi Səfərov bu gün keçirilən işgüzar görüşün də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli olacağını vurğulayıb.
Rusiya Federasiyasının Həştərxan vilayəti Hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Həştərxan vilayətinin iqtisadi imkanları barədə məlumat vermiş, son illər vilayətdə həyata keçirilən layihələrin daha çox sənaye sahəsini əhatə etdiyini diqqətə çatdırıb. Əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edən cənab Markelov mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb. Sonra Həştərxan vilayəti Hökuməti sədrinin müavini, iqtisadi inkişaf naziri Elina Polyanskaya Həştərxanda yerləşən “Lotos” sənaye-istehsal tipli xüsusi iqtisadi zona barədə təqdimatla çıxış edib.
Tədbirdə Həştərxan vilayəti haqqında qısa videoçarx nümayiş olunub.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub
18.07.2019
“Xaricdəki soydaşlarımız ümummilli ideya-azərbaycançılıq ətrafında birləşib”
18.07.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18.07.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info