“Toy karvanı”nda avtomobillərin sayı məhdudlaşdırıla bilər
Tarix: 28.01.2013 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


"Azərbaycanda "toy karvanı" maksimum 3-4 avtomobildən ibarət ola bilər. Karvanda avtomobillərin sayı çox olanda həm özlərinə, həm də digər hərəkət iştirakçılarına problem yaradırlar". Bunu Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, toyların başlaması əhalinin işdən çıxma vaxtına təsadüf edir və əsasən günün pik saatlarında olur.
Əliyev qeyd edib ki, onsuz da, Bakıda nəqliyyatın sayı həddən artıq çoxdur. Sürücülər nəqliyyatın sayının, sıxlığın daha çox olduğu bir vaxtda qaydalara xüsusilə riayət etməlidirlər. Ələlxüsus qarşı hərəkət zolağına çıxmamalı, işıqforun tələblərinə düzgün riayət etməlidirlər. Nəqliyyatın sayının çox olduğu bir vəziyyətdə tələskənliyə yol vermək sürücünün mənzil başına çatması üçün həm özünün, həm də digərlərinin daha artıq müddət sərf etməsinə gətirib çıxarır.

"Belə bir vəziyyət yaranan anda "gəlin korteji" və ya "toy karvanı"ında olan avtomobillərin sayının çoxluğu düzgün deyil. Düzdür, el adəti var, əvvəl çalışırdılar ki, avtomobillər çox olsun. İndi bəlkə də bu, rayon və kənd yerlərində mümkündür, amma şəhərdə artıq elə vəziyyət yaranıb ki, "toy karvanı" maksimum 3-4 maşından ibarət ola bilər", - Əliyev əlavə edib.
Onun fikrincə, burada ağsaqqalların diqqət göstərmələri yaxşı olardı. "Şəhərin müxtəlif yerlərində çoxlu sayda şadlıq evləri var, saraylar var. Artıq toylar da başlayıb. İndi, demək olar ki, bütün şadlıq evlərində toy olur. Fikirləşin ki, bu qədər şadlıq evinin olduğu yerdə bu qədər də toy karvanı olsa, şəhərdə nə vəziyyət yaranar? Ona görə də, belə işə polisin müdaxiləsindənsə, ağsaqqalların bu işə düşünülmüş formada yanaşması, cavanlara məsləhət vermələri, lazım gəlsə, tələb etmələri, məncə, daha məqsədəmüvafiqdir", - şöbə rəisi bildirib.
O əlavə edib ki, "toy karvanı"nın iştirakçısı olmaq sürücüləri məsuliyyətdən azad etmir.
"Bakının əksər hissələrində nəzarət kameraları var və o kameralar vasitəsilə də bir çox qayda pozuntuları qeydə alınır. Sürücülər fikirləşməsinlər ki, "toy karvanı"nda gedərkən 3-4 dəfə qaydanı pozsalar, məsuliyyət daşımayacaqlar. Hər bir qayda pozuntusuna yol verən şəxs, "toy karvanı"nda olmasından asılı olmayaraq, məsuliyyət daşıyacaq. Ola bilər ki, toy karvanında 1-2 avtomobil qaydanı pozubsa, onları saxlayarkən bütün karvanda iştirak edən nəqliyyat vasitələrini saxlamaq hərəkəti daha da gərginləşdirə bilər, yəni nəqliyyatın işi iflic olar. Bu səbəbdən, bəzi hallarda daha da sıxlıq yaratmamaq naminə polis əməkdaşları yerlərdə o avtomobilləri saxlamırlar. Digər sürücülər düşünə bilərlər ki, toy karvanı işıqforun qırmızı işığında keçir, amma onu heç kəs saxlamır. Lakin bu, o demək deyil ki, oradakı sürücülər məsuliyyətdən kənarda qalırlar", - Əliyev deyib.
Şöbə rəisi vurğulayıb ki, sürücü qaydanı pozursa, ümumi qaydada məsuliyyət daşıyır. Yol polisi heç kimi məcbur edə bilməz ki, dalbadal 5 və ya 10 maşın getməsin, 20 maşın getsin. "Məsələ burasındadır ki, rayonlararası yollarda 5-10 avtomobil ard-arda elə gedə bilər ki, digər nəqliyyat vasitələrinə maneə yarada bilər. Yəni ara məsafəsini düzgün saxlamadığına görə, digər hərəkət iştirakçılarına müəyyən problemlər yarada bilər. Şəhər daxilində isə bəzən karvanda 6-7 avtomobil gəlib qaydanı pozub keçir, arxadan 5-6 maşın da onlara qoşularaq düşünür ki, qarşı yola çıxıb tez getsələr, məsuliyyətdən kənarda qalacaqlar. Amma bu, belə deyil", - Əliyev vurğulayıb.
O bildirib ki, adətən Azərbaycan yollarında bir istiqamətdə sıxlıq varsa, qarşıdan gələn istiqamətdə sıxlıq yoxdursa, heç kim o yola çıxmır. Lakin bir sürücü qaydanı pozub qarşı yola çıxdısa, arxadakılar da ona qoşulur. Bununla da qaydalar kütləvi halda pozulur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info