Qaçqın və məcburi köçkünlərə peşəyönümlü kurslar keçirilir
Tarix: 26.05.2015 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


“Biosfer” İctimai Birliyi “Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün peşəyönümlü kursların təşkili” layihəsinin icrasına başlayıb. “Biosfer” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün peşəyönümlü kursların təşkili” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən verilən məlumata görə, artıq layihənin icrası ilə əlaqədar işçi qrupu yaradılıb, tədbirlərin keçirilməsi üçün hazırlıq işləri planlaşdırılıb, tədbirlərin keçirilməsi üçün yerlər müəyyənləşdirilib və mütəxəsislərdən ibarət məsləhət şurası yaradılıb. Layihə Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması və onların gələcəkdə sahibkarlıq subyektləri kimi formalaşmaları üçün peşəyönümlü kurslara cəlb edilməsindən bəhs edir. Layihənin keçirilməsində əsas məqsəd Xəzər rayonunda yaşayan məcburi köçkünlərin peşə təhsilinin inkişafına kömək etməklə onların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Layihə qaçqın və məcburi köçkünlərin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və məcburi köçkünlərin peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur. Layihə çərçivəsində göstərilən məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinin zəruriliyi təşkilatın ən mühüm vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Bu fəaliyyət planına daxildir: Xəzər rayonunda peşə təhsilinin ictimai statusunun yüksəldilməsi; Qaçqın və məcburi köçkünlər arasında peşə təhsilinə həvəsin oyadılması; Xəzər rayonunda peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması.

Fuad




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info