“İsrail idmançılarının Oyunlarda 6-9 qızıl medal qazanacaqlarına ümid edirik”
Tarix: 26.05.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunlarının cüdo, gimnastika üzrə yarışları “Rio-2016” öncəsi əsl sınaqdır. Bu, Avropa və dünya çempionatlarında təcrübəsi olan, amma Olimpiya Oyunlarına bənzər yarışlarda iştiraka heç bir şansı olmayan idmançılar üçün əsl fürsətdir.
Bu sözləri İsrail Olimpiya Komitəsinin baş katibi Gili Lüstiq “Jerusalem Post” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, İsrail idmançıları “Bakı-2015”in başlanmasını səbirsizliklə gözləyirlər. İdmanın bəzi növləri “Rio-2016” Olimpiya Oyunlarına birbaşa vəsiqəni təmin edir. Digərləri isə reytinq xalları verir. “Bakı-2015” idmanın bir çox növləri üzrə dünya, yaxud Avropa çempionatlarından əvvəl güclü performans üçün imkan yaradacaq.
Gili Lüstiq qeyd edib ki, İsrail atletika yarışlarında əsas mükafat uğrunda mübarizə aparacaq. Bu yarışda ən yaxşı idmançılarımız, o cümlədən üçtəkanla tullanmada Hanna Knyazyeva-Minenko, nizə atmada Marqarita Dorozhon və 400 metr qaçış üzrə yarışlarda Donald Blair-Sanford iştirak edəcəklər. İsrail “Bakı-2015”də 6-9 qızıl medal qazanacağına ümid edir. Birinci Avropa Oyunlarında qələbə qazanacaq israilli idmançılara mükafatlar təyin olunub. Belə ki, qızıl medalın sahibi 7 min, ikinci yeri tutan idmançı 5 min, bürünc medal qazanan atletimiz isə 3,5 min avro məbləğində mükafat alacaq.
Cüdo və güləş yarışları Avropa çempionatları sayıldığından idmanın bu növləri üzrə qızıl medal sahiblərinə 9,3 min avro məbləğində mükafat veriləcək.
İsrail birinci Avropa Oyunlarında 142 idmançı ilə təmsil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info