“Azərbaycan Xalq Cumhuriyyəti- 97: Şərqdə ilk demokratik dövlət”
Tarix: 26.05.2015 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


“Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmak bizlərə XX əsrin əvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. Milli mücadilə insanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”.
Bunu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova “Azərbaycan Xalq Cumhuriyyəti- 97: Şərqdə ilk demokratik dövlət” adlı konfransda deyib. Əlavə edib ki, ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini dilə alıb. Həmin gün həm Şərqin, həm də Azərbaycanın tarixində çox əlamətdar bir hadisə olduğunu xatırladan S.Yusifova Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində, beynəlxalq əlaqələrinin qurulmasında M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb. AJQA-nın təşəbbüsü ilə keçirilən konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva ADR-in qadın siyasəti haqqında məruzə ilə çıxış edib. Bildirib ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olmuşdur: “Müsəlman qadının sosial-ictimai vəziyyəti, təhsili və mədəni səviyyəsinin artması ilə bağlı məsələlər XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrini daim narahat etmiş, onlar öz yazılarında ictimai fəaliyyətlərində qadın azadlığına sosial tərəqqinin mühüm amili kimi nəzərdən keçirmişlər”. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADR-in təhsilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqqidən söhbət açıb. Millət vəkili bəzi Qərb dövlətlərində 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda ADR bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb. Azərbaycanın müstəqillik aktına imzanı da məhz Azərbaycan qadınının atdığını vurğulayan M.İbrahimqızı müasir Azərbaycan qadınının hüquqlarından, cəmiyyətdəki yerindən misal çəkərək Skandinaviya ölkələri ilə müqayisə aparıb. Tədbirdə professor Cahangir Məmmədli, TUMİB-in sədri Çingiz Bayramov və digər elm xadimləri, QHT rəhbərləri və mediya nümayəndələri çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info