Rusiyalı boksçular “Bakı 2015”-də tam heyətlə çıxış edəcəklər
Tarix: 26.05.2015 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Rusiyanı “Bakı 2015” birinci Avropa Oyunlarında təmsil edəcək boksçular müəyyənləşib. Baş məşqçi Aleksandr Lebzyakın rəhbərliyi altında komanda tam heyətlə çıxış edəcək.
“Baku Crystal Hall”da rinqə Bator Saqaluyev (49 kq), Vasili Vetkin (52 kq), Baxtovar Nazirov (56 kq), Konstantin Boqomazov (60 kq), Maksim Dadaşev (64 kq), Aleksandr Besputin (69 kq), Maksim Koptyakov (75 kq), Pavel Silyaqin (81 kq), Sadam Maqomedov (91 kq) və Qasan Qimbatov (91 kq-dan yuxarı) çıxacaqlar. Qeyd edək ki, Rusiya birinci Avropa Oyunlarında 360 idmançı ilə təmsil olunacaq. Komandanın tərkibinə 7 Olimpiya, 34 dünya çempionu daxildir. Rusiya idmançıları yüngül atletikadan başqa, bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər. “Bakı 2015” birinci Avropa Oyunlarında kamandan oxatma yarışlarında Rusiyanı təmsil edəcək idmançıların da adları açıqlanıb. Rusiyanı kişilər arasında keçiriləcək oxatma yarışlarında Aleksandr Kojir, Bair Sıbekdorjiyev, Beliqto Sınquyev, qadınlar arasında isə İnna Stepanova, Kristina Timofeyeva, Natalya Yerdıniyeva təmsil edəcək. Qeyd edək ki, birinci Avropa Oyunlarında kamandan oxatma üzrə yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Stadionda keçiriləcək. Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner birinci Avropa Oyunları üçün heyəti açıqlayıb. Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda Yana Kudryavtseva və Marqarita Mamun birincilik uğrunda mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info