Təbii fəlakət: Meksikada tornado, Texasda daşqın
Tarix: 27.05.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Meksikanın şimalında yerləşən Koauila ştatının Syudad-Akunya şəhərində tornado nəticəsində ən azı 14 nəfər həlak olub. “Euronews” telekanalı xəbər verir ki, şəhər üzərindən cəmi altı saniyə ərzində keçən tornado bu müddətdə 1500 evi dağıdıb, ağacları aşırıb, maşınları çevirib.
Ölənlərin əksəriyyəti küçədə, bəziləri isə binaların uçması zamanı həyatını itirib. Ştatın qubernatoru tornadonun zərər vurduğu rayonda fövqəladə vəziyyət elan edib. Evsiz qalmış insanlara müvəqqəti yataqxanalar təşkil olunub. Zərər çəkənlər üçün içməli su, konserv və paltar tədarükünə başlanılıb. ABŞ-ın qonşu Texas ştatı isə leysan yağışlarının səbəb olduğu daşqınlardan əziyyət çəkir. Burada təbii fəlakət nəticəsində azı 6 nəfər həlak olub, daha 10 nəfər isə itkin düşüb. San-Markos şəhərindən keçən Blanko çayı məcrasından çıxaraq təkcə Heys dairəsində 400-dək evi dağıdıb.
Meteoroloqların məlumatına görə, son bir ayda bu rayona düşən yağıntının miqdarı normanı 6 dəfə keçib.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
01.04.2020
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
01.04.2020
ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info