“Forbes”: “Rusiyanın qızıl-valyuta ehtiyatları azalmır”
Tarix: 27.05.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Rubl qismən də olsa, dollara nisbətdə əvvəlki mövqeyini
qaytara bilib”

Qərb mediası və iqtisadi mərkəzləri Rusiya iqtisadiyyatında baş verməkdə olan müsbət dəyişikliklərdən yazıb. Məsələn, “Forbes”də mütəxəssis Mark Adomanis yazır ki, Rusiya iqtisadiyyatı hazırda özündə müsbət və mənfi tendensiyaları ehtiva edir: “İnsanlar isə onda özlərinin bütün ideyalarını əks etdirə bilərlər. Əslində bir qisim insan belə də edir.
Apreldə yazmışdım ki, Rusiyanın qızıl-valyuta ehtiyatları,
bu cəbhədə heç də pis olmayan xəbərlər fonunda, qorxunc templə azalmaqdadır.
Aprelin böyük hissəsi boyunca Rusiyanın bu sahədə ehtiyatları, 2007-ci ildəki ən az səviyyəyə qədər azalmaqda davam edib. Bu onu göstərirdi ki, Rusiya hələ ucuzlaşan neft və zəifləyən rublu ilə yeni situasiyaya uyğunlaşmayıb. Bir neçə həftə sonra o da aydın oldu ki, istehsalatda da vəziyyət o qədər yaxşı deyil.
Aprelin birinci rübündə göstəricilər pis olmayıb, amma apreldə onlar aşağı düşməyə başlayıb. İstehsal ümumilikdə 4,5 faiz aşağı düşüb.
Amma Rusiya Mərkəzi Bankının açıqlamasından görünür ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının azalması dayanıb. Aprelin ortasında 350,5 milyard dollara düşmüş ehtiyatlar mayın 15-də artıq 362,3 milyard dollara yüksəlib.
Rusiya qızıl ehtiyatlarının tədricən artması isə Rusiya iqtisadiyyatı ilə bağlı situasiyanın birmənalı olmadığını göstərir. Təbii ki, hər şey dəyişə bilər. Noyabrda, dekabrda və yanvarda Rusiya ilə bağlı bu sahədə məlumatlar dəhşətli idi. Qızıl istehsalı, inflyasiya, rublla bağlı durum və bu sahədə işlərin vəziyyəti kəskin şəkildə durğunlaşmışdı. Bu sahədə hansısa işıqlı tərəf tapmaq mümkün deyildi.
İndi isə situasiya başqadır. İstehsal azalır, eyni zamanda inflyasiya da azalır. Rubl qismən də olsa, dollara nisbətdə əvvəlki mövqeyini qaytara bilib. Bütün bunlar isə Rusiya iqtisadiyyatına dünya hegemoniyasına iddiası üçün əsas verməsə də, əsaslı dəyişikliklərdən xəbər verir. Biz buradan görürük ki, bu proseslər sonda sürətli kollaps və dönməz resessiyaya aparmır.
O da çox münasib olardı ki, hazırkı Rusiya iqtisadiyyatı ilə bağlı situasiyanı ardıcıl və tamamilə aydınlaşdırmaq mümkün olsun. Amma bu, mümkün deyil. Burada hər şey qarışıb: yaxşı, pis, şər, xeyir, müsbət və mənfi.
Bizə isə ancaq yeni məlumatları izləmək qalır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
18.06.2019
BMT: ”Gələcəkdə Ermənistanın əhalisi 1 milyon nəfər azalacaq”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info