“Sınaqlar Oyunlara hazır olduğumuzu təsdiqləyib”
Tarix: 27.05.2015 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Saymon Kleq: “Oyunlar zamanı fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılacaq”
“Bakı 2015” birinci Avropa Oyunları voleybol və 3x3 basketbol üzrə uğurlu idman sınaqlarını yerinə yetirməklə açılış mərasimində təmsil olunacaq 20 növünün hamısı üzrə hazırlıq proqramının icrasını başa çatdırıb. “Bakı 2015” Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib:
“İdman sınaqları silsiləsinin hazırlıq tədbirlərimizlə birlikdə uğurla başa çatdırılması bizi Oyunların iyunun 12-də təşkil olunacaq başlanğıcına bir addım da yaxınlaşdırır. Birinci Avropa Oyunlarının həyata keçirilməsi BEGOC və bizim Azərbaycan hökumətindəki tərəfdaşlarımız üçün böyük nailiyyətdir. Bu Oyunlar özündə şəhər miqyaslı hazırlıq işlərini ehtiva edir. Lakin biz həmişə əsas diqqətimizi idmançıların təəssüratlarına yönəldirik. Sınaq tədbirlərimiz bizə imkan verdi ki, “planlaşdır, həyata keçir, icra et, yoxla və təkmilləşdir” nəzəriyyəsi əsasında çıxarılan bəzi mühüm nəticələri öyrənək. Hazırda həmin biliklər nəticəsində Oyunları uğurla həyata keçirmək üçün daha yaxşı mövqeyə malikik. Qəti surətdə əminəm ki, möhtəşəm idman yarışları uğurlu idman tədbirlərinin əsasını təşkil edir. Biz “Bakı-2015” Oyunlarında avropalı idmançıların daim yadda qalacaq çıxışlar nümayiş etdirmələri üçün şərait yaratmaq məqsədilə əlimizdən gələni əsirgəmədik”. İdman sınaqları Oyunların hazırlığını təmin etmək üçün nəzərdə tutulan tədbirlərdir. Sınaq tədbirləri isə özlüyündə daha geniş çeşiddə funksional istiqamətləri ehtiva edən əlahiddə yarışlardır. BEGOC-un idman üzrə direktoru Pirs Okallaqan bunu izah edərək deyib: “İdman sınaqları silsiləsi Avropa Oyunlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiqləyib. “Bakı 2015”in bütün idman növləri üzrə yarış iştirakçılarının uğurlu şəkildə çıxış etmələri üçün bütün məsələlərin həll olunmasını təmin edib. İdman sınaqları bizim həyata keçirdiyimiz altı əsas sınaq tədbirini tamamlayıb. Bunun sayəsində biz Oyunlar müddətində funksional istiqamətlərin bütün növləri üzrə əməliyyatları sınaqdan keçirə bildik. Əsas idman obyektlərində sınaq tədbirlərini tam idman sınaqları silsiləsi ilə birləşdirməklə, öz əməli hazırlığımızı ən sərfəli qaydada və tam həcmdə yoxladıq”. Saymon Kleq qeyd edib ki, “Bakı 2015” üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələr olacaq. Bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilmişdi. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək: “Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq. Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri, beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq”. “Bakı 2015”in dəvəti ilə, arenalara tam baxış keçirmək üçün, Paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris, obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney 2000 Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra, 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info