Respublika Günü ABŞ-ın 6 ştatında qeyd olunub
Tarix: 27.05.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Azərbaycanın 28 May - Respublika Günü ABŞ-ın 6 ştatında qeyd olunub. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Azərbaycanın Respublika Günü ilə əlaqədar təbriklərə ABŞ-ın daha altı Qərb ştatı, eləcə də Kaliforniyanın yeddi şəhəri də qoşulub. Bununla bağlı qəbul edilmiş və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamələrdə 28 may tarixi həmin ştat və şəhərlərdə rəsmən “Azərbaycan Milli Günü” elan edilib.
Havay ştatının qubernatoru Deyvid İge və Nyu Meksiko ştatının qubernatoru Suzana Martinez tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycanın mütərəqqi inkişaf yolundan bəhs edilərək, bu əlamətdar gün münasibətilə sözügedən ştatlarda 28 may tarixinin “Azərbaycan Milli Günü” elan edildiyi qeyd olunub.
Kaliforniyanın Orvayn, San Dieqo, San Xose, Santa Monika, Sout Qeyt, Stokton və Torrens şəhərlərində də eyni şəkildə, 28 may tarixi “Azərbaycan Milli Günü” elan olunub. Belə ki, sözügedən şəhərlərin ən yüksək idarəetmə orqanı olan şəhər şuraları tərəfindən bununla bağlı müvafiq bəyannamələr qəbul edilib.
Həmçinin, ABŞ-ın Yutah ştatının paytaxtı Solt Leyk şəhərinin meri və Şəhər Şurası tərəfindən oxşar bəyannamə qəbul edərək, burada da Respublika Günümüz “Azərbaycan Milli Günü” elan edilib.
Vaşinqton ştatının qubernatoru Cey İnsli və Oreqon Ştat Senatının sədri Peter Kortni Azərbaycanın bayram sevincinə Baş Konsulluğa göndərdikləri geniş təbrik məktubları ilə qoşulub. P.Kortni məktubunda Azərbaycanın sürətli inkişafını və beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizədə ABŞ-a göstərdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.
Arizona ştatından olan ABŞ konqresmeni Kirsten Sinema isə 28 mayı ştat paytaxtı Finiks şəhərini və digər mühüm şəhərləri əhatə edən öz seçki dairəsində “Azərbaycan Milli Günü” elan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info