“İlk Avropa Oyunları müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”
Tarix: 27.05.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq. Artıq iyun ayında Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. Birinci Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir”.
Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib. O bildirib ki, ilk Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq.
Millət vəkilinin sözlərinə görə, hər bir avropalı görməlidir ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil: “Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, görərsiniz ki, Azərbaycandan fərqli olaraq, bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərlərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar Azərbaycanın güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info