Mingəçevir Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır
Tarix: 27.05.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarına Mingəçevir ev sahibliyi edəcək. Yerli və xarici turistləri qarşılayacaq şəhər ilk Avropa Oyunlarına hazırlaşır.
Birinci Avropa Oyunları ərəfəsində Mingəçevirdə turistlərin istirahət etməsi üçün hər cür şəraiti olan məkanlar yaradılır. Ulu öndər Heydər Əliyevin adını daşıyan park da onlardan biridir. İcra hakimiyyətindən bildiriblər ki, parkda görülən yenidənqurma işləri başa çatmaq üzrədir. İtaliyadan olan mühəndis Laura Perettinin layihəsi əsasında müasir dizaynla yenidən qurulan istirahət məkanı 3 hektar sahəni əhatə edir. Parkın döşəmə hissəsinə vurulan mərmər tozundan hazırlanan xüsusi material davamlılığı ilə seçilir. İstirahət məkanının işıqlanma sistemi tavan hissəyə bərkidiləcək. Hazırda son tamamlama işlərinin görüldüyü park sonda üfüqi formanı alacaq.
Yay mövsümündə fəaliyyətə başlayacaq şirin sulu çimərlikdə isə həm şəhər əhalisi, həm də xarici turistlər istirahət edə biləcəklər. Artıq çimərliyin ərazisində təmizlik işləri görülüb, sutəmizləyici qurğular quraşdırılıb. Bununla paralel “Kür” Olimpiya-Tədris İdman Mərkəzində də Avropa Oyunlarına hazırlıq gedir. Qayıqların saxlanıldığı anqar və məşq, eyni zamanda, yarışlar zamanı istifadə olunacaq yardımçı otaqlar və məsafəni qeydə alacaq hakimlərin oturacaqları da hazır vəziyyətə gətirilib. Şəhərin küçələrində isə Avropa Oyunlarının loqoları yerləşdirilib.
Bundan başqa, Mingəçevirdə ilk Avropa Oyunları ilə bağlı bilet satışı məntəqəsi də fəaliyyət göstərir. Sakinlər biletləri Mingəçevir Dram Teatrının kassasından əldə edə bilərlər.
Birinci Avropa Oyunları zamanı Mingəçevirə gələcək turistlərin və yerli sakinlərin baş çəkəcəyi məkanlardan biri də Heydər Əliyev Mərkəzidir. Mərkəzdə Birinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri görülür. Buraya üz tutacaq turistlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, həmçinin Mərkəzin fondunda qorunan 830 eksponatla yaxından tanış olmaq imkanı yaradılacaq.
Mingəçevir Dövlət Rəsm Qalereyası da mötəbər yarışı izləmək üçün gələn turistləri qəbul etməyə hazırlaşır. Fondunda 250-ə yaxın eksponat saxlanılan qalereyanın binası əsaslı təmir edilir. Artıq burada texniki işlər başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar Tarix Muzeyi üçün yeni bina tikilir. İki mərtəbədən ibarət 360 kvadratmetrlik yeni binada artıq son tamamlama işləri görülür.
Qeyd edək ki, birinci Avropa Oyunlarında kayak və kanoe yarışları iyunun 14-dən 16-a kimi keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi
15.04.2019
Masallıda Orduya yaz çağırışı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info