Ermənistan hökuməti: “Tariflər artırılmasa, energetika sahəsi məhv olacaq”
Tarix: 27.05.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Ermənistanın təkcə mavi yanacağa görə borcu 300 milyon dollara çatıb

Qafqazda ən ağır iqtisadi durumun Ermənistanda olması artıq erməniləri də bezdirib. Ermənistan mətbuatında dəfələrlə bu ölkədən gedənlərin sayının ilbəil artması barədə yazılar dərc edilir, rəsmilər bu faktı gizlədə bilmədikləri üçün miqrasiyanın təbii proses olduğunu deyərək qarşıdakı uçurumu gizlətməyə çalışırlar. Təsadüfi deyil ki, ölkədən gedə bilməyən insanlar artıq hakimiyyətin yalançı vədlərindən bezərək son bir ildə yüzlərlə etiraz aksiyası da keçiriblər. Bura maaşlarını ala bilməyən müxtəlif zavod, idarə işçilərindən tutmuş yarıtmaz xarici siyasətin nəticəsində övladlarını başqasının torpağında-Azərbaycan ərazilərində qeyri-döyüş şəraitində itirən valideynlərəcan aiddir. Erməni mətbuatı yazır ki, hətta əvvəllər yalnız iqtisadi problemlərə görə etiraz edən insanlar son zamanlar siyasi proseslərin onların həyatına mənfi təsirinə görə də ayağa qalxırlar. Son ayların ən çox danışılan məsələsi isə yaşayış səviyyəsinin xeyli aşağı düşməsidir. Belə ki, Ermənistanda milli valyutanın dəyərini itirməsi istehlak mallarının qiymətini artırıb. Bu isə onsuz da narazı əhalini daha da qəzəbləndirir. Ölkədə dolların və digər xarici valyutaların qiyməti də getdikcə artır. Zəruri ərzaq mallarının qiymətinin bir neçə dəfə qalxması əhalinin kəskin narazılığına səbəb olub. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir.
İqtisadçı ekspert Vaaqn Xaçatryan deyib ki, dramın dəyərini itirməsi Ermənistanda böyük inflyasiyaya səbəb olacaq. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən Ermənistanda ümumi daxili məhsulun artımı ən aşağı səviyyədə - 1 faiz səviyyəsində qiymətləndirilir. Bu il inflyasiya 4 faiz təşkil edir, gələn il isə 6,4 faizə yüksələcək.
“Joxovurd” qəzeti yazır ki, illərdən bəri verilən vədlərə baxmayaraq, Ermənistanda heç bir inkişaf nəzərə çarpmır. Ölkənin düşdüyü böhran və gündən-günə artan işsizlik erməniləri bezdirib. İndi də əhali enerji tariflərininin bahalaşacağından narahatdır. Hökumət bildirir ki, əgər tariflər artırılmasa, ölkənin energetika sahəsi məhv olacaq. Ermənistanın təkcə mavi yanacağa görə borcu 300 milyon dollara çatıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info