Oyunlarla bağlı POS-terminallara nəzarət gücləndirilib
Tarix: 27.05.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi I Avropa Oyunları zamanı ölkəmizə çoxlu sayda idman heyətləri və azarkeşlərin gələcəyini nəzərə alaraq, POS-terminalların quraşdırılması və onlardan istifadə olunmasını ciddi nəzarətə götürüb.
Vergilər Nazirliyindən verilən məlumata görə, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov bildirib ki, birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri də nağdsız əməliyyatların həcminin artırılması üçün bütün obyektlərdə, xüsusilə ticarət, xidmət və iaşə obyektlərində POS-terminalların quraşdırılması və istifadə edilməsidir. Vergilər Nazirliyi tərəfindən yaradılmış qərargaha vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, istifadəsi, işlək vəziyyətdə olması, ondan istifadə qaydalarının mənimsənilməsinin nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işlərini diqqətdə saxlamaq həvalə edilib. Bunun üçün vergi əməkdaşları təhkim edilib və müvafiq işlərin yerinə yetirilməsi istiqamətində operativ tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər münasibətlər Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir.
Banklar tərəfindən verilmiş sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib və onların bir hissəsi «kart vasitəsilə birbaşa təmas olmadan» istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir. İlin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandırmış iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılmış POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.
Bu il əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30 287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.
Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 mln. manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 mln. manat təşkil edib, artım həcmi 18 mln. və ya 12% olub.
Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı “POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr» vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info