“Avropa Oyunlarında güləşçilərimizdən yüksək əyarlı medallar gözləyirik”
Tarix: 27.05.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


“Böyük bayram ərəfəsindəyik. Ölkəmiz birinci Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Prezident İlham Əliyev, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mötəbər yarışın yüksək səviyyədə təşkili üçün səylə çalışırlar. Respublikamızda idmana dövlət qayğısı göz önündədir. Bunun sayəsində beynəlxalq aləmdə idman ölkəsi kimi tanınırıq”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev deyib.
O qeyd edib ki, Azərbaycanda Avropa, dünya və bir çox beynəlxalq çempionatların uğurla təşkili ali idman qurumları tərəfindən ölkəmizə etimad göstərilməsi üçün əsas yaradıb. Birinci Avropa Oyunları zamanı köhnə qitənin, eləcə də bütün dünyanın gözü Azərbaycanda olacaq. Ölkəmizə gələn bütün idmançılar, turistlər inkişaf edən Azərbaycanı öz gözləri ilə görəcəklər.
Olimpiya çempionu birinci Avropa Oyunlarında güləşçilərimizin medal qazanmaq şanslarını yüksək qiymətləndirib: “Azərbaycan idmançıları daim Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək əyarlı medallar qazanırlar. Mən inanıram ki, birinci Avropa Oyunlarında da idmançılarımız uğurlu çıxış edərək, bayrağımızı yüksəklərdə dalğalandıracaqlar. Heç təsadüfü deyil ki, idmançılarımız 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında 10 medal qazandılar. Bu nəticə ilə biz 204 ölkə arasında 30-cu olduq. Bu, ölkəmiz üçün böyük uğurdur. Londonda qazanılan 10 medaldan 7-si güləşçilərimizin payına düşüb ki, onlardan da ikisi qızıl olub. Bu bizə əsas verir ki, birinci Avropa Oyunlarında da güləşçilərimizdən çox yüksək nəticələr gözləyək”.
N.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəli hazırda Azərbaycanın bölgələrini dolaşır və regionlarda yaşayan vətəndaşlarımız onu böyük coşqu ilə qarşılayırlar: “Hamı birinci Avropa Oyunlarının bir parçası olduğu üçün özünü xoşbəxt hiss edir. Bu prosesi izləyən uşaq və yeniyetmələrin idmana marağı daha da artacaq”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info