Kollinz: “Makedoniya Qərbə itaət etmədiyinə görə cəzalandırılır”
Tarix: 27.05.2015 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Amerikalı siyasətçi Pol Robertsə görə, ABŞ-ın Makedoniyada siyasi böhran yaratmaqda başlıca məqsədi rəsmi Skopeni «Türk axını» layihəsində Rusiyaya həmrəylik nümayiş etdirən Yunanıstan və Serbiyadan uzaqlaşdırmaq idi.
«Soyuq muharibə» kimi yaddaşlarda qalan ötən dövrlərdə Vaşinqton əsasən, kommunist rejimlərinə qarşı «demokratik müxalifət»i dəstəkləmək adı altında mübarizə aparırdı. Belə görünür ki, ABŞ yenə də həmin siyasətə qayıtmaq niyyətindədir. Rusiyanın Avropada enerji sektoruna artan təsirini dayandırmaq üçün bütün imkanlardan yararlanmağa çalışır.
Makedoniyada mümkün hakimiyyət dəyişikliyinin ABŞ-ın maraq dairəsində olmasını qeyd edən amerikalı siyasətçi bu ölkənin Rusiyaya qarşı ABŞ və Avropa Birliyi tərəfindən dəstəklənən sanksiyalarda bitərəf qalmasına diqqət çəkir. O, Rusiya qazının Türkiyə vasitəsilə Yunanıstan sərhədindən Avropaya çatdırılmasında Skopenin də bu layihəyə dəstək verdiyini qeyd edir.
Siyasətçinin ehtimalına görə, hazırda Yunanıstan Brüssel və Beynəlxalq Valyuta Fondunun, eləcə də alman və Holland bank strukturlarının təzyiqi altındadır. Rusiya lehinə çıxışlar edən digər ölkə- Serbiya da Qərbin siyasətindən əziyyət çəkir. Roberts müqayisə üçün yaxın keçmişdə qalan hadisəni- NATO tərəfindən bombalanan Yuqoslaviyanın aqibətini xatırladır və əlavə edir ki, Vaşinqtonu qorxudan əsas fakt Makedoniyanın bu iki ölkə arasında yerləşməsi və Rusiya enerji layihələrini dəstəkləyən Avropa dövlətləri ittifaqının bir hissəsinə çevriləmək cəhdidir: "Vaşinqton Avropanın enerji sahəsində Rusiyanın nüfuzunun artmasından qorxur». Robertsin təbirincə, əgər ABŞ Makedoniyada hakimiyyət dəyişikliynə nail ola bilsə, bu zaman Vaşinqton iki ölkə, yəni Yunanıstanla Serbiya arasında dayanıb, Yunanıstanı Azərbaycan vasitəsilə Avropaya nəql ediləcək qaz layihəsinə cəlb etməyə çalışacaq. ABŞ-ın bu istiqamətdəki məqsədi Rusiyanın Avropadakı enerji nüfuzunu az da olsa azaltmağa hesablanıb.
Politoloq həmçinin, Amerika Birləşmiş Ştatlarının Makedoniyada hakimiyyət dəyişikliyində bir vasitə və eyni zamanda öz strateji maraqları üçün lobbiçilik kimi iistifadə etməyə çalışdığı alban azlıqlarına da diqqət çəkir. O. ironiya ilə bildirir ki, «bütün bunlarla yanaşı, Dövlət Departamenti Makedoniyada yaşanan siyasi böhrandan narahatlıq ifadə etməkdə davam edir. Halbuki, bütün bu olayların ssenarisi ABŞ tərəfindən yazılıb».
Xatırlatmaq yerinə düşər ki, bu mövzu ilə əlaqədar başqa bir amerikalı tədqiqatçı Maykl Kollinz də maraqlı fikirlər bildirib. O, «OpEdNews» portalında dərc etdirdiyi məqaləsində qeyd edir ki, Rusiya qazının Avropaya nəqli Moskvaya qarşı iqtisadi və siyasi müharibəni pozmağa təhdid kimi görünür. Məhz elə buna görə də, hazırda Makedoniya Vaşinqtonun «silahı altına» düşüb. Kollinzə görə, Rusiyanın siyasi məqsədləri həmişə kommersiya maraqlarından üçtün olub. Hələ 2014-cü ildə Bolqarıstan Rusiya ilə qaz sahəsində əməkdaşlıq etməyə cəhd edərkən, bu ölkəni öz kursunu dəyişdirmək məcburiyyətində qoydular. Həmin ərəfədə bu ölkə bir çox mərhumiyyətlərlə üzləşdi . Bu dəfə ABŞ həmin dərsi Makedoniyaya vermək niyyətindədir. Öncə, yerli mediada hökumətin korrupsiyaya quşanması barədə məlumatlar yer almağa başladı. Halbuki, bütün bu problemlər Makedoniyada əvvəldən də mövcud idi. Daha sonra, ölkə müxalifəti baş nazir Nikolu Qruevskini rüşvət almaqda ittiham etdi. Qeyd edək ki, bütün bu ittihamlar Rusiya ilə təbii qaz razılaşması imzalandıqdan sonra başladı.
Avropa Birliyi və ABŞ dərhal Makedoniya hakimiyyətini demokratiya və Avropa dəyərlərinə sadiq olmamaqda ittiham etməyə başladılar. Paralel olaraq, ABŞ-ın maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları fəallıq nümayiş etdirməyə başladılar. Bütün bunlarla yanaşı, qonşu Albaniyada da gərginlik yaşandı. Kumanovodakı toqquşmalarda makedoniyalı polis öldürüldü. Nəhayət, mayın 17-də Makedoniyanın paytaxtında ölkənin baş nazirinin istefasını tələb edən kütləvi etiraz aksiyası keçirildi. Kollinzə görə, bütün bunlar əvvəldən hazırlanmış ssenarilər olsa da, müəyyən qədər effekt verdi: «Bütün bu «demokratiya festival»ları Liviya, Suriya və hətta Ukraynada olduğu kimi, dövlət başçılarının itaətkar olmasına hesablanıb».

Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info