Gəncədə 6 min gəncin iştirakı ilə fləşmob keçirilib
Tarix: 27.05.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. Altı min gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının loqosu təsvir edilib. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
“Bakı-2015”-in loqosu formasında düzülən gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.
Bu aksiya, eyni zamanda, “Ginnesin dünya rekordları”nın komissiyası tərəfindən izlənilib.
Bundan əvvəl 4200 nəfərin iştirakı ilə İraq bayrağının təsviri yaradılmışdı. Bu il aprelin 2-də Bağdadda keçirilən həmin aksiya insanların iştirakı ilə yaradılan ən böyük təsvir kimi “Ginnesin dünya rekordları”nın siyahısına düşmüşdü.
Gəncədə 6 min nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzini yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info