Alman Akademik Mübadilə Xidməti ilə tələbə mübadiləsi istiqamətində əməkdaşlıq davam edir
Tarix: 27.05.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


Alman Akademik Mübadilə Xidməti (DAAD)-ın Bakı Mərkəzinin direktoru xanım Stefanie Dufaux və təşkilatda dil assissenti çalışan xanım Kristina Nefger Naxçıvan Dövlət Universitetində olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali məktəbin strukturu, buradakı kadr hazırlığı barədə qonağa ətraflı məlumat verib. Qeyd olunub ki, bu ali məktəb dünyanın 12 ölkəsinin 80-dən çox tanınmış universitetləri ilə əməkdaşlıq edir, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunur. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Türkiyə, Rusiya, Gürcüstan, Cənubi Koreya, Rumınya, Çexiya kimi ölkələrin ali məktəblərində davam etdirirlər. “ERASMUS MUNDUS” layihəsi çərçivəsində 2 nəfər İspaniyanin Santyago de Kompostela Universitetində, 1 nəfər isə İtaliyanın Tuskua Universitetində doktorantura təhsili alıb, növbəti tədris ilində isə daha 6 nəfər bu layihə çərçivəsində xaricdə ali təhsil alacaq. Universitet ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında təhsil sahəsində sıx əməkdaşlıq isə iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın tərkib hissəsidir. Rektor təşkilatın Bakı Məlumat Mərkəzinin rəhbəri xanım Nikola Ullişin universitetdə olub bakalavr və magistrlər arasında Almaniyada yay dil kurslarında iştirak etmək üçün onlayn imtahanların təşkilində iştirak etdiyini, DAAD-ın Naxçıvan Dövlət Universitetində “Almaniyanın tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti” mövzusunda təlim kursunu reallaşdırdığını xatırladıb. AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetində rus, ingilis, fransız, alman dillərinin, habelə Şərq dillərinin tədrisinin keyfiyyətindən, bunun üçün ali məktəbdə yetərli elmi kadr potensialı olmasından danışaraq müxtəlif dillərin tədrisinin məhz həmin xalqın mənsub olduğu ölkədə həyata keçirilməsinin, bunu üçün xarici mütəxəssislərin universitetə tədrisə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Rektor Almaniya ilə tələbə mübadiləsinin genişləndirilməsinin zərurliyini bildirərək bu işdə uğurlar arzu edib. DAAD-ın Bakı Mərkəzinin direktoru Stefanie Dufaux təşkilat haqqında ətraflı məlumat verərək bildirib ki, 90 yaşlı bu təşkilat təxminən 300 alman ali məktəbinin birgə qurumu və beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qeyri-dövlət təşkilatıdır. O, həmin universitetləri xarici ölkələrdə təmsil edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş ölkələr arasında akademik münasibətlərin inkişafı, xüsusən elmin inkişafına yardım, alman təhsil sisteminin, ümumiyyətlə, akademik təcrübənin ölkə hüdudlarından kənarda yayılmasıdır. Xanım Stefanie Dufaux Naxçıvan və Naxçıvan Dövlət Universiteti haqqında ilk təəssüratlarının zəngin olduğunu söyləyərək bakalavr, magistr və doktorantların Almaniyada dil kurslarında iştirak etmələri üçün nəzərdə tutlan imtahan və qəbul qaydalarından bəhs edib, imtahanların tam obyekriv və şəffaf şəraitdə keçiriləcəyini, Almaniyada alman və ingilis dili kurslarının təşkili üçün hər cür şərait yaradılacağını diqqətə çatdırıb. Görüşdə tələbə mobilliyinin yerinə yetirilməsi ilə bağlı təkliflər müzakirə olunub. Qonaqlar universiteti gəzərək İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində quraşdırılan server avadanlıqları, elktron mühafizə və müşahidə sitemləri ilə maraqlanıblar. Media mərkəzində Universitet televiziyası və “Nuhçıxan” radiosunun verilişlərinin Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanması, video və slayd şəklində mühazirə kontentlərinin hazırlanması barədə məlumat verilib, universitetdə elektron sənəd dövriyyəsi prosesinin həyata keçirilməsi ilə tanışlıq olub. Gələcəkdə imtahaların keçirilməsi üçün ilkin tanışlıq xarakteri daşıyan səfər zamanı bir sıra məsələlərə aydınlıq gətirilib.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info