“Bakı-2015”-in məşəli Kürdəmirdə
Tarix: 27.05.2015 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 27-də Kürdəmir şəhərinə gətirilib.
Sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayan Kürdəmirdə ilk Avropa Oyunlarının məşəli böyük coşqu ilə qarşılandı. Şəhərin, eləcə də kəndlərin minlərlə sakini Bakı prospektindəki Heydər Əliyev parkının qarşısında bayramsayağı bəzədilən Oyunların rəmzi qapısında məşəlin qarşılanması mərasimini şən musiqi və sürəkli alqışlarla izləyiblər.
Məşəl əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov tərəfindən qəbul olunub. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı və Heydər Əliyev prospektlərindən keçməklə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim Samir Şükürov məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Kürdəmirdə məşəlin qarşılanması mərasiminin yaratdığı bayram təntənəsi yerli incəsənət ustalarının ifasında səsləndirilən şən musiqi proqramı ilə daha da rövnəqləndirilib.
Rayon ağsaqqallar şurasının sədr müavini Ayət Nəsirov təəssüratlarını bölüşərək dedi: “Artıq həyatımın ahıl dövrünü yaşayıram. Çox şadam ki, məşəl sevinci mənə də qismət oldu. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi böyük hadisədir. Bu böyük tədbir, hər şeydən əvvəl Azərbaycanın dünyada sayılıb-seçilən ölkə olduğunu göstərir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gözlərimiz önündə sürətlə inkişaf edir, gözəlləşir. Artıq Azərbaycan regionun ən qüdrətli ölkəsidir. Heç şübhə yoxdur ki, doğma diyarımız hələ çox-çox bu cür beynəlxalq tədbirlərin məkanı olacaq”.
Rayon gənclər və idman idarəsinin rəisi Zaur Həsənov isə sevincini belə ifadə edib: “Bu gün rayonumuzda böyük bayramdır, həm də idman bayramı. Möhtəşəm beynəlxalq tədbir olan “Bakı-2015” ilk Avropa Oyunlarını Kürdəmir gəncləri də böyük səbirsizliklə gözləyirlər. Müqəddəs Atəşgah məbədində alovlandırılan məşəlin rayonumuza gəlişi hələ çox-çox illər xatirələrdən silinməyəcək. Avropanın müxtəlif ölkələrindən 6000 nəfərdən çox idmançı, ümumilikdə, idmanın 20 növü üzrə yarışlarda iştirak edəcək. Fəxr edirik ki, bu möhtəşəm beynəlxalq tədbir Azərbaycanın ev sahibliyi ilə keçiriləcək. Bu da, əlbəttə, təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişafının, getdikcə artan beynəlxalq nüfuzunun real nəticəsidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info