BANM-də Respublika Günü ilə bağlı tədbir keçirildi
Tarix: 27.05.2015 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 28 May - Respublika Günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açdı.
Rektor Elmar Qasımov Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu dedi. Rektor Elmar Qasımov bildirdi ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğuladı. Azərbaycanda qadınlara seçki (seçmək və seçilmək) hüququnun verilməsi, Parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərarının da əhəmiyyətli qərarlardan biri olduğunun bildirdi.
Elmar Qasımov ümummilli lider Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq, bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Rektor Elmar Qasımov bildirdi ki, ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın iradəsinə əsaslanır. O, qeyd etdi ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir və Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının həm də xalqımızın milli məfkurəsinin əsasını qoyduğunu deyən Elmar Qasımov bu əlamətdar günün ölkəmizdə hər il bayram kimi qeyd edildiyini vurğulayaraq, bu münasibətlə BANM kollektivini təbrik etdi.
Nigar





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info