Tələbəmiz İstanbulda uğur qazanıb
Tarix: 27.05.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Mayın 23-də İstanbulda Aikikai təşkilatının Azərbaycan, Türkiyə, Misir və Filippin ölkələri üzrə koordinatoru, müəllim Şihan Kenji Kumagai tərəfindən seminar-imtahan keçirilib. Seminar-imtahanda Azərbaycanı 11 nəfər aikidoçumuz təmsil edib.
Təmsilçilər sırasında olan Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin (İPAF) IV kurs tələbəsi - məzunu Tural Süleymanlı deyir ki, bu tədbir əldə etdiyi böyük uğuru ilə yaddaşında qalacaq. Yaponiyanın döyüş növlərindən biri olan “Aikido” özünü müdafiə döyüş sənətidir. Özündə böyük fəlsəfi yanaşma daşıyan bu döyüş növünü öyrənmək böyük səbr və zəhmət tələb edir. Bu döyüş növü ilə artıq dörd ildir məşğul olan Tural Süleymanlı deyir ki, “Aikido”da imtahanlar olur və orada da kəmər dərəcələrilə təltif olunursan. Seminar və imtahanda 1-ci Dan (qara kəmər) dərəcəsinə yüksələn tələbəmizə Yaponiyadan sertifikat və Budo Passport (döyüşçü pasportu) veriləcək. “Aikido” müəllimi dərəcəsinə yüksələn Tural Süleymanlı SAKURA AİKİDO Məktəbinin yetirməsidir. rtıq ADNA-da təhsilini başa vurmaqda olan Tural, təhsil ocağımızın məzunu olması ilə qürur duyduğunu vurğuladı. Magistratura təhsilini isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə davam etdirəcək. Tural deyir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərə və idmana olan qayğısı, gənc tələbələrdə də cox böyük ruh yüksəkliyinə səbəb olub: “Təhsildə və idmanda qazandığımız nailiyyətlərin bizlərə gələcəkdə Respublikamızın çiçəklənib inkişaf etməsində böyük köməyi olacaq”. 2015-ci il Avropa Oyunlarının yüksək səviyyədə Azərbaycanda keçirilməsinə gənclər adından uğurlar arzulayan Turalın arzusu budur ki, idmanda qazandığı nailiyyətlərin sayı çox olsun.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info