Ekspertlər ADİU-da imtahan sessiyasını izləyib
Tarix: 27.05.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər. Professor Şahlar Əsgərov bildirib ki, ADİU-da imtahan prosesi çox proqressiv və liberal dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor, tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib: “Onlara imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər. Biz adətən tələbələrin imtahana ürək döyüntüsü ilə getdiklərini görmüşük. Bu gənclər isə çox rahat və yüksək əhval-ruhiyyədə idilər”. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirdi: “Əminəm ki, ADİU-nun artan elm və təhsil potensialı hesabına Azərbaycanda böyük iqtisadiyyat məktəbləri yaradılacaq”. Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov imtahanları izlədikdən sonra Azərbaycanda arzuladığımız ali təhsil mühitinin formalaşmasına çox sevindiyini bildirib. Eyni zamanda ADİU-ya gənc müəllimlərin cəlb olunmasını da yüksək qiymətləndirən İ.Orucov, bu qərarın xaricdə təhsil alan gənclərin vətənə qayıtmaları üçün stimul olacağını qeyd edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info