Avropa Oyunlarında ölkəmizi 2 qadın velosipedçi təmsil edəcək
Tarix: 28.05.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İyunun 12-28-də keçiriləcək “Bakı 2015” ilk Avropa Oyunlarının şose velosipedi növündə kişilərlə yanaşı, 2 qadın idmançımız da
iştirak edəcək.

Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bunlar Ülfət Nəzərli və Yelena Pavluxinadır. "Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli Azərbaycan çempionatının mükafatçısıdır. 26 yaşlı idmançı Avropa Oyunlarında iştirakı, karyerasının ən önəmli yarışı kimi xarakterizə edir: "Bakı 2015 ilk Avropa Oyunlarında iştirak mənim üçün böyük şərəfdir. Məsuliyyətimi dərk edir və bu yarışa səylə hazırlaşıram. Oyunlarda uğurlu nəticə qazanmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm".
Bu ilin fevralından Sloveniyanın "Lyublyana" qadın şose komandasının heyətində çıxış etməyə başlayan 26 yaşlı Yelena Pavluxina bir neçə gün öncə Xızıda təşkil olunan Azərbaycan çempionatının qalibi olub. Apreldə Sloveniyada təşkil olunan beynəlxalq yarışda da birincilik qazanan velosipedçimiz Bakıya kifayət qədər güclü velosipedçilərin gələcəyini deyir: "Rəqiblərimizin arasında Olimpiya və dünya çempionları da olacaq. Amma bu bizi qorxutmur. Hər gün Oyunların velosiped yarışlarının keçiriləcəyi marşrut boyunca məşq edirik. Düşünürəm ki, bu bizim üstünlüyümüzdü".
Qeyd edək ki, Avropa Oyunlarının velosiped yarışları iyunun 18-21-də keçiriləcək. Yelena Pavluxina fərdi və qrup, Ülfət Nəzərli isə qrup ötüşməsində mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info