“Vesti.uz”: “Terrorçular Orta Asiyanın sərhədlərinə çatıblar”
Tarix: 28.05.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Rusiya prezidentinin Əfqanıstanda xüsusi təmsilçisi Zamir Kabulov terroristlərin əfqan-tacik sərhədini yarıb keçə biləcəyini istisna etmir: “Sübut var ki, Taliban və “İŞİD” də daxil olmaqla, bir sıra ekstremist qruplar bölgədə hazırlıq mərkəzi yaratmaqdadırlar. Faktiki olaraq, bu gün üçün ekstremistlərin yığışdığı iki ocaq var. Onlardan biri Əfqanıstanın Bədəxşan və Qunduz əyalətindədir. İkincisi isə Badqis və Fərab əyalətlərindədir.
Qeyd edək ki, bu barədə “Vesti.uz” yazıb. Bildirilib ki, bu ocaqlara aid olan döyüşçülər müxtəlif etnik qruplara aiddirlər: “Burada daha çox taciklər, qırğızlar, özbəklər, həmçinin ərəblər, Çin uyğurları və Şimali Qafqaza aid xalqların nümayəndələri var. Aprelin sonunda Qunduz əyalətində situasiya nəzərəçarpacaq dərəcədə kəskinləşib. Orada taliblər administrativ mərkəzi ələ keçirməyə və əyaləti Kabulla birləşdirən avtomobil yollarına nəzarət etməyə çalışıblar”. Kabulov deyib ki, bu fonda o, terrorçuların Əfqanıstanla Mərkəzi Asiya ölkələrinin sərhədlərini keçməyə cəhd göstərəcəklərini istisna etmir: “Xüsusən də əfqan-tacik sərhədi bu baxımdan onlar tərəfindən yarıla bilər. Əfqanıstana, İraqa və Suriyaya gedən həmin döyüşçülərin Türkmənistanda, Tacikistanda peyda olmaları regionun daxili siyasi stabilliyində ən mənfi obrazlarla əks oluna bilər”. Bundan başqa, Kabulov qeyd edib ki, əgər həmin terrorçu-döyüşçülər sərhədi keçsələr, bu, onların daxil olduqları dövlətlərin ərazilərində birbaşa silahlı toqquşmalara səbəb olacaq: “Əgər onlar ölkənin içərilərinə doğru hərəkət etsələr, onlara qarşı dayanmalı olan ordu çox az şey edə bilər. Çünki həmin döyüşçülər əhalinin içərilərindədir, sən ayırmalısan ki, əhalinin hansı nümayəndə döyüşçü, hansı biri dinc vətəndaşdır”. Göründüyü kimi, qəddarlığı ilə ad çıxarmış və İslam aləminin adından istifadə etməyə çalışan, əslində isə müsəlmanlara heç bir aidiyyəti olmayan sözügedən terrorçu qrupları artıq postsovet ölkələrinin sərhədlərindədirlər. Onların MDB sərhədlərinə girmə təhlükəsi gündən-günə ciddilıəşir. Bu isə əslində, həmin qrupları yönəldən müəyyən Qərb dairələrinin məkrli niyyətlərindən xəbər verə bilər. Bu gün “İŞİD” kimi terrorçu qruplaşmalarının əsl idarəedicilərinin kim olması ilə bağlı söylənilənlər, onların MDB sərhədlərində peyda olmasının heç də yaxşı şeylər vəd etmədiyini deməyə əsas verir. Müxtəlif yoluxucu “ideyalarla” MDB məkanında təfriqələr və tənəzzül yaratmağa çalışan həmin dairələr, hazırda “din” amilini də sınamamış deyillər...
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info