İsveçrə korporasiyası “Azərsu“ ASC ilə əməkdaşlığa maraq göstərir
Tarix: 28.05.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


İsveçrənin avtomatika, energetika, robot texnikası sahələri üzrə ixtisaslaşmış ABB korporasiyasının nümayəndələri tərəfindən “Azərsu” ASC-nin mütəxəssisləri üçün seminar keçirilib.
“Azərsu”dan “APA-ya verilən məlumata görə, seminarda ABB korporasiyasının nümayəndələri bildiriblər ki, təmsil etdikləri şirkət “Azərsu” ASC-nin həyata keçirdiyi yerli və beynəlxalq layihələrdə iştirak etmək, qarşılıqlı əlaqələri möhkəmləndirmək, texniki dəstək göstərməkdə maraqlıdır. Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə yaxından iştirak etdiklərini xatırladan ABB korporasiyasının mütəxəssisləri su təchizatı və kanalizasiya sektorunda da əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıblar.
Seminarda ABB korporasiyasının mütəxəssisləri avtomatika, energetika, proqram təminatı, su və kanalizasiya sistemləri üzrə geniş təqdimatla çıxış ediblər.
Qeyd edək ki, İsveçrənin ABB transmilli korporasiyası 1988-ci ildə təsis edilib. Mənzil qərargahı İsveçrənin Sürix şəhərində yerləşən şirkət avtomatika, energetika, robot texnikası sahələri üzrə ixtisaslaşıb. Şirkət dəniz suyunun duzsuzlaşdırılması, su nasos stansiyaları, su paylayıcılar, irriqasiya, sutəmizləyici qurğular, su yolları və sahil mühafizəsi, SCADA və digər idarəetmə sistemləri üzrə xidmətlər göstərir. Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən şirkətin işçi sayı 150 min nəfərdən çoxdur.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info