“Bakı-2015” birinci Avropa Oyunlarının Beynəlxalq Yayım Mərkəzinə media tur təşkil olunub
Tarix: 29.05.2015 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Avropa Oyunlarının Beynəlxalq Yayım Mərkəzinə media tur təşkil olunub

Əvvəlcə obyektin baş meneceri Sergio Raventos Rodenas mərkəzdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, iyunun 1-dən fəaliyyətə başlayacaq mərkəzdə yerli və əcnəbi şəxslərdən ibarət min nəfərlik heyət çalışacaq. Buradan siqnal dünyanın 150 ölkəsinə ötürüləcək. Mərkəzdə brifinq, montaj otaqları, eləcə də media nümayəndələrinin rahat işləyə bilmələri üçün xüsusi otaqlar fəaliyyət göstərəcək. Yüksək keyfiyyətli yayım bütün dünyaya Beynəlxalq İdman Yayımı şirkəti tərəfindən ötürüləcək. Əsas siqnalın yaranacağı baş yoxlama otağında isə işlər artıq tamamlanmaq üzrədir.
Sonra Sergio Raventos Rodenas mərkəzin fəaliyyəti barədə məlumatları xəritə vasitəsilə media nümayəndələrinin diqqətinə çatdırıb.
Xaricdən böyük texniki heyətin gəldiyini bildirən Beynəlxalq İdman Yayımı şirkətinin baş idarə heyətinin üzvü Qustava Karrera hazırlığın yüksək səviyyədə getdiyini bildirib. O deyib: “Biz birinci Avropa Oyunlarının həyəcanını bütün dünyaya yüksək səviyyədə təqdim edəcəyik. Onlar öz evlərində oturaraq birinci Avropa Oyunlarını izləyə biləcəklər. Əsas məqsədimiz isə tamaşaçılara yüksək səviyyəli yayım təqdim etməkdir. Ümid edirəm ki, təkcə Avropanın deyil, digər qitələrin nümayəndələri də “Bakı-2015”i izləməklə bu mötəbər yarışdan zövq alacaqlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info