“Avropa Oyunlarına hazırlıqlar çox dəqiqliklə görülür”
Tarix: 29.05.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının bu il ən ciddi sınağı mayın 29-da Polşanın Poznan şəhərində start götürəcək Avropa çempionatına təsadüf edəcək. “Trend” nüfuzlu yarış öncəsi millimizin lideri Aleksandr Aleksandrovun müsahibəsini təqdim edir.
- Mövsümə aprelin əvvəllərində Mingəçevir şəhərində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatası ilə başladınız. Qalib olduğunuz yarış necə keçdi?
- Reqata normal keçdi. Yarış öncəsi təlim-məşqlərimiz olmuşdu. Prezident Kuboku qarşıdakı nüfuzlu yarışlara bir növ hazırlıq xarakteri daşıyırdı. Sonradan İtaliyada bir reqataya qatıldıq. Orada da hazırlıq səviyyəmizi nəzərdən keçirdik. Ardından Mingəçevirə qayıdaraq, növbəti təlim-məşq toplanışında iştirak etdik. Əsas məqsədimiz 30 avqust - 6 sentyabrda Fransada təşkil olunacaq dünya çempionatında uğurla çıxış edərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Hələlik hazırlıqlarımız yaxşı gedir.
- Qarşıdakı nüfuzlu yarışlarda Sizi mükafatçılar sırasında görə biləcəyikmi?
- Nə deyə bilərəm? Rəqabət sərtdir. Dünya çempionatında mükafatçılar sırasına düşəcəyimizi demək çətindir. Çünki 1 saniyə ərzində 6-7 qayıq finiş xəttini keçir. Amma qorxmayacağıq və çalışacağıq ki, onların arasında biz də olaq.
- Hərdən Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla da yarışlara qatılırsınız...
- Bu məsələyə Avropa çempionatından sonra tam aydınlıq gələcək. Hələlik Poznanda 1 nəfərlik qayıqla mübarizə aparacağım dəqiqdir. Prezident Kubokunda 2 nəfərlik qayıqda Boris Yotovla mən yox, İqor Luçiç çıxış etdi və onlar qalib oldular. Avropa çempionatında da bu duet mübarizə aparacaq. Məqsəd 2 lisenziya qazanmaqdan ibarətdir.
- "Bakı 2015" I Avropa Oyunlarında akademik avarçəkmənin olmamasından təəssüflənmirsiniz?
- Əlbəttə, keçirilsəydi, yaxşı olardı. Çünki öz evimizdə çıxış edəcəkdik. Gördüyüm qədərilə, Avropa Oyunlarına hazırlıqlar çox dəqiqliklə görülür. Fikrimcə, hər şey yaxşı olacaq. Həm təşkilatçılıq, həm də yarışın səviyyəsini nəzərdə tuturam.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info