Broek: “Azərbaycan dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirak edir”
Tarix: 29.05.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Mayın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broekin rəhbərliyi ilə BMT-nin İnkişaf Proqramının nümayəndələrini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Antonius Broek təmsil etdiyi qurumla Azərbaycan Respublikası arasında uğurlu əməkdaşlığın mövcudluğunu vurğulayaraq, BMT-nin prinsip və dəyərlərinə daim sadiq qalan ölkəmizin dünyada gedən qlobal inkişaf proseslərində fəal iştirakından məmnunluğunu ifadə edib.
BMT-nin İnkişaf Proqramının xətti ilə ölkəmizdə yaşlı və aztəminatlı əhali qrupunun sosial müdafiəsinin təmin edilməsində səmərəli fəaliyyətinə, habelə səhiyyə, təhsil və digər sahələrin inkişafına verdiyi dəstəyə görə razılığını bildirən Baş nazirin müavini Əli Əhmədov bu nüfuzlu beynəlxalq təşkilatın respublikamız üçün nəzərdə tutulmuş yardımlarının milli inkişaf gündəliyinə uyğun olaraq bundan sonra da prioritet sahələrə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info