Elmar Məmmədyarov Küveyt rəsmiləri ilə görüşüb
Tarix: 29.05.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci sessiyası çərçivəsində Küveyt baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. Bu xüsusda parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd olunub. Hökumətlərarası komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumların, iş adamları üçün seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info