Ə.Abbasov: “Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı lazımi səviyyədədir”
Tarix: 29.05.2015 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov I Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlıqlarının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının Oyunlara hazırlıq vəziyyətinə baxış keçirib. Tədbirdə radiomonitorinq avadanlıqlarının, tezlik analizatorlarının, test sınaq avadanlıqlarının texniki imkanlıqları, oyunlarda istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərini yeni texnologiyanın tətbiqi ilə yoxlanılması üzrə nazirə ətraflı məlumat verilib və sözügedən avadanlıqlar üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.
Qeyd edilən tədbirdən sonra I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə RYTN-də nazirliyin birlik və müəssisələrinin, digər əlaqədar strukturların rəhbərlərinin I Avropa Oyunlarına hazırlıq üzrə RYTN-də geniş iclas keçirilib.
İclasda giriş sözü ilə çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyəti, oyunların hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyi və başa çatdırıldığı, RYTN-nin rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların BAOƏK-lə birgə səmərəli fəaliyyət göstərdikləri qeyd edilib. Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə və dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatları dinlənildi.
Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın “Global Wireless Solutions” şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edildi. Mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənildi. Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib, Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edib və oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Nigar



















 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində olub
20.08.2019
Azərbaycan dünyada əsas fındıq ixracatçılarından birinə çevrilir
20.08.2019
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info