İ.Məmmədov: “Avropa Oyunları ilə bağlı IMEI-kodlarının qeydiyyat müddəti uzadılıb”
Tarix: 29.05.2015 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. Bu barədə Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov I Avropa Oyunları Əməliyyat Komitəsinin iclası zamanı deyib. İ.Məmmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir. Nazir müavini həmçinin qarşıdan gələn yarışlarla əlaqədar nazirlik tərəfindən aparılan telekommunikasiya infrastrukturunun hazırlıq işlərindən də danışıb: “300 kilometrdən çox optik lifli və 5 kilometrə yaxın mis rabitə kabelləri çəkilib. Alternativlik və dayanıqlıq üçün I Avropa Oyunlarının keçiriləcəyi məkanların qoşulacağı iki xətdən - əsas və alternativ – istifadə olunacaq”.
Bundan başqa, rabitə və telekommunikasiya xidmətlərinin dayanıqlığı üçün ölkənin bir sıra dövlət strukturlarında da optik xətlər istifadə olunacaq: “İyunun 2-nə kimi idman yarışlarının keçiriləcəyi idman komplekslərində daxili rabitəni təmin etmək üzrə işlər başa çatacaq. Bu istiqamətdə işlər mobil operatorlar “Azercell” və “Bakcell” tərəfindən aparılır, yarışların yayımı üçün 4 peykin (Intelsat, AsiaSat, Utelsat и Azerspace) resurslarından istifadə olunacaq”.
I Avropa Oyunları ilə bağlı sizi maraqlandıran bütün suallara görə 2015 nömrəsinə zəng edə bilərsiniz. Nömrə bir neçə dildə fəaliyyət göstərir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info