Putin Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib
Tarix: 29.05.2015 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyası prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib.
Fəxri Fərmanı bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin QMİ-də Şeyxülislama təqdim edib.
Səfir qeyd edib ki, Şeyxülislam konfessiyalararası dialoq, sosial-mədəni münasibətlərin inkişafında xidmətlərinə görə təltif olunur.
Tədbirdə qeyd olunub ki, buna qədər A. Paşazadə Rusiyanın “Dostluq” və “Şöhrət” ordenləri, həmçinin Rus Pravoslav Kilsəsinin “Böyük Knyaz Vladimir” adına I dərəcəli ordeni, “Müqəddəs Sergey Radonejevski” adına I dərəcəli ordeni və “Şöhrət və Şərəf” ordeni ilə də təltif olunub.
Mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak ediblər.
A. Paşazadə bildirib ki, həyatı Rusiya ilə bağlıdır: "Biz keçmiş Sovet İttifaqında birgə yaşamışıq. Bu gün də Azərbaycan və Rusiya əlaqələri möhkəmdir və biz də bunda aktiv rol oynayırıq".
Şeyxülislam qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin ona münasibəti yüksək səviyyədədir: “Putinin mənə yüksək münasibəti, etimadı var. Bunu onunla dəfələrlə görüşümüzdə də bildirib. Mən də həmişə çalışmışam ki, bu etimada sadiq, sədaqətli olum”.
A. Paşazadə onu da bildirib ki, istər Heydər Əliyevin vaxtında, istərsə də indi Prezident İlham Əliyevin sayəsində Rusiya-Azərbaycan dostluğu yüksək səviyyədədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info