Qərb mediasının “obyektivliyi”
Tarix: 29.05.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


İlk Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca bir çox Qərb mediası Azərbaycana qarşı qərəzli yazılarını daha da gücləndiriblər. Doğrusu, onların jurnalistikanın sərhədlərini aşaraq Azərbaycanla bağlı belə qeyri-obyektiv yazılar verməsini anlamaq olmur. Əlbəttə ki, bu kimi yazılarla dünyada tanınan bir çox KİV-lər obyektivliyi şübhə altına atırlar. Çünki bu yazılarda verilən qərəzli faktlar və Azərbaycanı ittiham edən fikirlər birtərəfli mənbələrə əsaslanır. Bir çoxunun isə mənbəyi göstərilmir və ya gizli saxlanılır.
Bu yazılarda Azərbaycan tənqid olunur, lakin tənqid olunan tərəf dinlənilmir. Halbuki Azərbaycanın istənilən rəsmi orqanı hər zaman mediaya açıqdır. Bütün bunlar Azərbaycan ictimaiyyətinə tanış mənzərədir. Azərbaycanda “Avroviziya” yarışması keçiriləndə də bu kimi hallarla biz qarşılaşdıq. Düzünü deyək ki, belə yanaşmalar dünyanın bir çox tanınmış KİV-lərinə qarşı inamsızlıq yaradır. Həmin media orqanlarının jurnalistləri Azərbaycana gəlib “Avroviziya”nı çəkmək əvəzinə, gedib Bakıdakı zibilliklərdən reportajlar verirdilər. Bununla da “Avroviziya”nın, eləcə də Azərbaycanın nüfuzuna kölgə salmaq istəyirdilər. Amma onlar nə etsə və nə çəksə də, bu yarışma yüksək səviyyədə keçirildi. Azərbaycan bu gün “Bakı 2015”-i də yüksək səviyyədə keçirmək üçün maksimum qüvvəsini sərf edib. Belə bir zamanda inkişafımızı istəməyənlər eyni ssenarini oynayırlar. Qərbin bəzi media orqanları Azərbaycanla bağlı qara PR-nı daha da təkmil formada aparırlar. Ölkə daxilindəki bəzi vətən xainlərinin göndərdiyi həqiqətə uyğun olmayan informasiyaları çap etməklə Azərbaycana qarşı kampaniya aparırlar. Azərbaycandakı inkişafı görmək istəməyən bəzi Qərb KİV-ləri qeyri-obyektiv yazıları ilə özlərini ədalət carçısı kimi göstərirlər. Harada xırda bir nöqsan görürlərsə, onu şişirdib dağ başına çıxarırlar. Bu, qarışqanı fil kimi göstərməyə bənzəyir. Əslində, Azərbaycandan qərəzli yazılar verən ölkələrin özləri heç də süddən çıxan ağ qaşıq kimi təmiz deyillər. Əksər Qərb ölkələrində baş verən bir çox ictimai-siyasi hadisələrdə həmin media orqanlarının ikiüzlü siyasəti hər zaman görünüb. Elə bu yaxınlarda ABŞ-da polis zorakılığı ilə bağlı baş verən hadisələrdə Qərb mediasının qeyri-obyektiv davranışını biz müşahidə etdik. Bu gün belə ölkələrin dünyaya sədd kimi çəkdikləri demokratiya divarı artıq çat verib. Və dünya belə demokratiyaya artıq inanmır. Belə demokratiyanı təbliğ edən KİV-lərin də obyektivliyində çat özünü çoxdan göstərir... Azərbaycan müstəqilliyinin yaşı çatdığı qədərincə istənilən sahədə islahatlar aparır və bu iş davamlı olaraq həyata keçirilir. Məhz buna görədir ki, Azərbaycan günü-gündən inkişaf edir. Nəticədə də yüzillik müstəqillik tarixi olan ölkələrin etmədiyi və ya edə bilmədiyi beynəlxalq tədbirlərə Azərbaycan ev sahibliyi edir. Azərbaycanın bu kimi addımları dünya dövlətləri üçün bir örnəkdir.
Azərbaycan kimi müstəqilliyə yeni qədəm qoymuş bir ölkədən bir çox KİV-lərin bu qədər böyük istəkdə olması haqsızlıqdır. Həmçinin bu KİV-lərin idman yarışını siyasiləşdirməsi heç də jurnalistikanın prinsiplərinə uyğun gəlmir. Bununla da onlar öz obyektivliklərini bir daha siyasətə qurban vermiş olurlar. Belə KİV-lər beynəlxalq etik jurnalistika qaydalarına uyğun olaraq Azərbaycana münasibətdə qərəzsiz və obyektiv olmalıdırlar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info