Ekspertlər ADİU-da imtahan sessiyasının gedişini izləyiblər
Tarix: 29.05.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər. Prosesdə Əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər. Professor Şahlar Əsgərov bildirib ki, ADİU-da imtahan prosesi çox proqressiv və liberal dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirən professor, tələbələrin çox sərbəst olduqlarına diqqət çəkib: “Onlara imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər. Biz adətən tələbələrin imtahana ürək döyüntüsü ilə getdiklərini görmüşük. Bu gənclər isə çox rahat və yüksək əhval-ruhiyyədə idilər”.
“XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirib ki, biz ali məktəb sistemlərini tədqiq edərkən dünyanın bir çox ölkələrində iqtisadiyyat sahəsində ali məktəblər və tədqiqat mərkəzləri aparıcı mövqe tuturlar: “Çünki güclü dövlət və cəmiyyət daha çox iqtisadiyyat elminin uğurlarına söykənir. Yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir”. Bu ali məktəbdə kadr hazırlığı istiqamətində aparılan işləri, gənc, istedadlı alimlərin müəllim kimi işə qəbul olunmaları da təqdir olunmalıdır. Bugünkü müşahidələrimizdən gördük ki, ADİU-da təhsil mühitinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində qısa bir vaxtda xeyli işlər görülüb”.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirdi: “Əminəm ki, ADİU-nun artan elm və təhsil potensialı hesabına Azərbaycanda böyük iqtisadiyyat məktəbləri yaradılacaq. Bu ali məktəbdə imtahan prosessindəki şəfafflıq məni qane etdi. ADİU-nun tədris və imtahan təcrübəsi öyrənilməli və bu təcrübənin digər ali məktəblərə də tətbiqinə çalışılmalıdır”.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov imtahanları izlədikdən sonra Azərbaycanda arzuladığımız ali təhsil mühitinin formalaşmasına çox sevindiyini bildirib. Təhsil sistemindəki yeniliklərdən danışan İ.Orucov, bütün bunların Azərbaycanın gələcəyinə hesablanmış islahatlar olduğunu vurğulayıb. Eyni zamanda ADİU-ya gənc müəllimlərin cəlb olunmasını da yüksək qiymətləndirən İ.Orucov, bu qərarın xaricdə təhsil alan gənclərin vətənə qayıtmaları üçün stimul olacağını qeyd edib: “Yenilikləri gənclik gətirəcək. Qocaman elm xadimlərinin təcrübəsindən yararlanmaqla, gənclərin önə çəkilməsi çox vacibdir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info