ATMU nümayəndələri İspaniya Krallığında təlimlərdə iştirak ediblər
Tarix: 29.05.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının “TEMPUS” proqramının VI çağırış üzrə dəstəklənmiş “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsi çərçivəsində İspaniya Krallığının Girona və Barcelona şəhərlərində keçirilmiş təlimlərdə Moldova Dövlət Universiteti, Moldova Kooperasiya və Kommersiya Universiteti, Gürcüstan Texniki Universiteti, Qori Dövlət Pedaqoji Universiteti, Tiflis Qorqosali Universitetinin əməkdaşları ilə birlikdə Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri – Məmməd Əliyev (“Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi) və Sara Bağırlı da (“Turizm və qonaqpərvərlik” fakültəsinin tutoru) iştirak ediblər. Aprelin 27-dən mayın 15-ə kimi nəzərdə tutulmuş təlimlər əsasən Girona şəhərində yerləşən eyniadlı Universitetdə və Barcelona şəhərindəki Turizm məktəblərində (Euroaula, EUT Formatic Barna, EUTH, Escola Universitaria Meditterani) təşkil olunub. ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin tyutoru Sara Bağırlı bildirib ki, Girona Universitetinin professor-müəllimləri tərəfindən keçirilmiş təlimlər qrafikinə “Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsinin davam etdirilməsi, “TEMPUS”proqramı ilə bağlı müzakirələr, tədris-metodik vasitələrin müqayisəli öyrənilməsi və sair məsələlər daxil idi. Elə bu məqsədlə təlim iştirakçısı kimi Girona Universitetində keçirilən müvafiq dərslərin dinləyicisi olmaqla bərabər, İspaniyanın bir sıra istehsalat müəssisələrinə (The Carlemany Hotel, Torremirona və s.) səfər etmişik. Universitetin professor-müəllim heyəti tərəfindən təlim iştirakçıları üçün planlaşdırılmış məruzə-saatları turizm ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulduğundan tədris fənləri (Event management, Hospitality and tourism economics, Hospitality management, Hospitality facilities and design, Tourism transport, Strategic management, Project management və s.) zəruri vasitə və metodların təsviri, eləcə də tədris proqramlarının geniş izahı müstəvisində aparılmışdır ATMU-nun “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi Məmməd Quliyevin bildirdiyinə görə təlimlərin keçirildiyi 18 gün ərzində iştirakçılar ölkənin təlim-tədris metodikasına dair ətraflı məlumat əldə etmək imkanı qazanıblar. Mehmanxana nəzdində turizm məktəblərinin fəaliyyət göstərməsini isə ixtisaslı kadr hazırlığı prosesində əhəmiyyətli amil hesab edildiyinin şahidi olublar .
ATMU nümayəndələri adı qeyd edilən universitetin müasir informasiya kommunikasiya texnologiyaları ilə yüksək səviyyədə təchiz edildiyini, bəzi ixtisaslar üzrə nəzəri biliklərin təcrübə ilə üzvü surətdə əlaqələndirildiyini və tələbələrin bilik səviyyələrinin qiymətləndirilməsi formalarının bir qədər fərqli olduğunu bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info