Li Baodon: “Dost və tərəfdaş Çin Azərbaycanın uğurlarına sevinir”
Tarix: 29.05.2015 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi 28 May – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.
Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun dövlətçiliyimizdəki rolundan danışıb.
Diplomat XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın ötən müddətdə böyük inkişaf yolu keçdiyini, güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini bildirib. Qeyd edib ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri dünya iqtisadiyyatına önəmli töhfələr verir.
Gündən-günə güclənən Azərbaycanın dünyada nüfuzunun xeyli artdığını diqqətə çatdıran səfir deyib ki, ölkəmiz xarici siyasətində beynəlxalq hüququn qarşılıqlı hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərini rəhbər tutur.
L.Qəndilov qeyd edib ki, Azərbaycanın ən ağrılı məsələsi ərazisinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalıdır. Biz münaqişənin həllində beynəlxalq ictimaiyyətin, o cümlədən Çinin dəstəyinə ümid edirik.
İki ölkə arasında münasibətlərdən söz açan səfir deyib ki, hazırda əlaqələrimiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstək, ticarət dövriyyəsinin artması deyilənləri bir daha təsdiq edir.
L.Qəndilov Azərbaycanın Çinin tərəfindən irəli sürülən “İpək yolu iqtisadi kəməri” və Asiya İnfrastruktur İnvestisiyaları Bankı təşəbbüslərini ilk dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.
Çin xarici işlər nazinin müavini Li Baodon hökumət adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Nazir müavini deyib ki, müstəqillik illərində Azərbaycan siyasi sabitliyi, dinamik iqtisadi inkişafı təmin edərək müxtəlif sahələrdə böyük uğurlara imza atıb. Dost və tərəfdaş Çin Azərbaycanın bu uğurlarına sevinir.
Ölkələrimizin bir çox regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etdiyini bildirən Li Baodon deyib ki, Çin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafından məmnundur.
Tədbir iştirakçılarına Azərbaycan haqqında nəşrlər, o cümlədən “İrs” və “Baku” jurnalının nüsxələri paylanılıb.
Mərasimdə “Bakı-2015” ilk Avropa oyunları haqqında video da nümayiş olunub. Rəsmi qəbul “Pekində görüş” incəsənət festivalında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatıb. Musiqiçilərimizin ifa etdikləri xalq mahnıları və muğamlar, habelə tələbələrimizin ifasında milli rəqslərimiz mərasim iştirakçılarının böyük marağına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info