Yenidənqurulmuş yol sürücülərin ixtiyarına verilir
Tarix: 29.05.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


I Avropa Oyunları öncəsi Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu çərçivədə Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub.
"Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Ayırıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 paqon metr səki daşı düzülüb. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
Ərazidə yeni dairə də inşa edilib. “BakuBus” avtobuslarının dairə vasitəsilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa, yenidən qurulmuş yol vasitəsilə nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə “Beton yol”a çıxaraq Mərdəkan istiqamətinə rahat və maneəsiz şəkildə hərəkət edə bilərlər.
Artıq sözügedən yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.
A.Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri həyata keçirilir. Prospekt boyunca yolcizgi və yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info