“Bakı-Tbilisi-Qars Ermənistanı daha çox təcrid edəcək”
Tarix: 29.05.2015 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


“JB Press”: “Bu layihənin çəkilişində əsas maraqlı tərəf Azərbaycandır”

Yaponiyanın "JB Press" media qurumu dünyada dəmir yolu şəbəkələrinin oynadığı vacib və strateji roldan yazıb. Yazıda Azərbaycanın bu sahədə yürütdüyü strategiyadan və Bakı-Tbilisi-Qars dəmir yolunun önəmindən də xüsusi bəhs edilir: “Müasir dövlət üçün dəmir yolları, ölkənin həyatı üçün vacib strateji infrastrukturu ehtiva edir.
Müasir dövlətlər üçün dövlət sərhədlərinin vacibliyi aydın məsələdir. Dəmir yolları da bu baxımdan müqayisə oluna bilər.
Yaponiyada dəmir yolları özəlləşdiriləndən sonra praktiki olaraq dövlətlə yollarını ayırdılar. Amma mübahisə etmək yersizdir ki, keçmişdə olduğu kimi, bu gün də dəmir yolları Avrasiya siyasətində böyük rol oynayır.
Bu yazıda Qafqaz dəmir yolları ilə bağlı məsələyə toxunaq. Avrasiya materikinin mərkəzində yerləşən Qafqazda Şimaldan Cənuba və Qərbdən Şərqə müxtəlif nəqliyyat marşrutları kəsişir.
Son illərdə burada dəmir yolları ilə bağlı olaraq fəaliyyət aktivləşib. Bunun səbəblərini siyasətdə axtarmaq lazımdır”.
Yazıda daha sonra qeyd edilir ki, Rusiya dəmir yolu dövlətidir: “Rusiya inqilabı zamanı dəmir yolları Rusiyanın nəqliyyat arteriyasını təşkil edirdi. 18-19-cu əsrlərdə dəniz nəqliyyatı şəbəkələrinin güclü inkişafı nəticəsində, 19-cu əsrdə Rusiyada dəmir yolları şəbəkəsi geniş yayılıb. Artıq 1839-cu ildə Rusiya dəmir yollarından 730 min nəfər istifadə edib. 30 ildən sonra isə ölkədə dəmir yollarının ümumi uzunluğu 5 min kilometri keçib.
Rusiya üçün Qafqaza dəmir yollarının çəkilməsi çox vacib olub. Bu yolla həm də əsgər daşınması həyata keçirilib. Bu baxımdan müəllif Con Uestvudun ”Rusiyada dəmir yollarının tarixi” əsərində Poti-Tbilisi(1872), Transxəzər(1882), Vladiqafqaz (18750) dəmir yolu xətləri strateji hesab edilir.
1942-ci ildə İkinci Dünya savaşının qızğın vaxtında Həştərxandan Kızlara 338 kilometrlik dəmir yolu çəkilib, bu yol o vaxt alman işğalçıları tərəfindən tutulmuşdu”.
Yazıda daha sonra qeyd edilir ki, Qafqaz dəmir yolları Rusiyanın modernləşməsinə öz töhfələrini verib: “1872-ci ildə çəkilmiş Poti-Tbilisi dəmir yolunu 1883-cü ildə Bakıya qədər uzatdılar. Bu vaxt Bakı neft istehsalçısı kimi inkişaf etdi və Rusiya sənayesinin inkişafını dəstəkləməyə başladı. 1885-ci ildə Bakı-Tbilisi-Batumi dəmir yolu xətti çəkildi.
Xəzər dənizindən Qara dənizə olan açıq yollarla müxtəlif ölkələrə getmək olardı. Bu yollar Bakının neft sənayesi üçün həlledici önəm kəsb edirdi. Bu regionun strateji vacibliyini həm də o göstərir ki, sovet hakimiyyəti zamanı – 1920-ci illərdə burada elektrikləşmə böyük sürətlə getməyə başladı. Dəmir yolları sosial fəaliyyətlərin güzgüsü rolunu oynayır”.
Yazıda daha sonra Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs edilir: “Etnik qarşıdurmalar Qafqazdakı dəmir yolları şəbəkəsinə xətər vurub. Amma 2007-ci ilin 21 noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə yeni dəmir yolu xəttinin açılışı olub. Bu xətt Bakı, Tbilisi və Qarsı birləşdirir. Tikinti 2010-cu ildə başa çatmalı idi, amma bununla bağlı tarix dəyişilib. Yaxın gələcəkdə xəttin çəkilişi başa çatacaq. Yaponiyada Qars barədə az bilirlər. Bu ərazi Anadolu, Qafqaz və İranı birləşdirən strateji vacib məntəqədir. Bura dəfələrlə savaşların şahidi olub, burada sülh danışıqları aparılıb.
Sözügedən xəttin çəkilişində əsasən, Azərbaycan maraqlıdır. Bu marşrut Rusiya və İrandan yan keçməklə, Xəzər dənizinə qədər gedəcək. Qərb ölkələri də bu layihəni dəstəkləyir və layihə, Ermənistanı daha çox təcrid olunmaqla hədələyir”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info