Sərraf Balaxan: “Bakı 2015” tarixdə ən gözəl Oyunlar kimi qalacaq”
Tarix: 29.05.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır. Artıq əminliklə demək olar ki, ilin mühüm idman yarışlarının təşkilinə yüksək hazırlıq prosesindən sonra Azərbaycan idmançı və turist “ordu”sunu uğurla qəbul edəcək. Bu Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyəti haqqında müxtəlif insanların fikirlərini dərc etmişik.
Oyunların ölkəmizə verəcəyi xeyirlərdən danışan Avropa Oyunlarının məşəlçisi və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin əməkdaşı
Sərraf Balaxan da yaxın günlərdə Bakıda baş tutacaq Avropa Oyunlarının açılış mərasimində möhtəşəm göstərilərin olacağına əmin olduğunu düşünür:
“I Avropa Oyunlarının Təşkilat Komitəsində həm ölkəmizdə, həm də dünyada tanınan və öz işinin ustası olan təcrübəli insanlar yer alıb. Dövlət qurumları nümayəndələrinin, Milli Olimpiya Komitəsi üzvlərinin, idmançıların, ictimai sahədə fəaliyyət göstərən insanların cəmləşdiyi Təşkilat Komitəsinə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilk gündən təşkilati işlərin yüksək səviyyədə aparılması ilə müşayiət olunur. Bu sahədə böyük təşkilatçılıq təcrübəsi olan Mehriban xanım Əliyeva bir neçə il öncə "Eurovision" mahnı müsabiqəsinin də Təşkilat Komitəsinə rəhbərlik edib. Əminik ki, Avropa Olimpiya Komitəsinin ölkəmizə göstərdiyi etimadı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu Oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, I Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl Oyunlar kimi qalacaqdır. Bunu bugünkü hazırlıqlardan və geridə qalan görülmüş işlərdən də müşahidə etmək olar. Təşkilatçılıq işlərinə təkcə yerli mütəxəssislərin deyil, xaricdən təcrübəli insanların dəvət olunması da çox önəmlidir. Zamanında bu addımları atan Təşkilat Komitəsi artıq Oyunların başlanmasına sayılı günlərin qaldığı bir vaxtda demək olar ki, işlərin böyük bir hissəsini tamamlayıb. Hazırda Azərbaycanın idman infrastrukturu I Avropa Oyunlarının keçirilməsinə tam hazırdır. Təşkilat Komitəsi Oyunların daha yaxşı təşkil olunması üçün könüllülərin də xidmətindən istifadə etməkdədir. Sayı 10 mindən çox olan könüllülər təkcə kütləvi tədbirlərlə bağlı deyil, həm də ölkəmizə gələn idmançılarla fərdi iş sahəsində də təlimatlandırılıblar. Təşkilat Komitəsinin bu addımı Azərbaycan gəncləri arasında könüllülük hərəkatının daha böyük vüsət almasına səbəb olub”.
Sərraf Balaxan deyir ki, Oyunlar zamanı əlil insanlar üçün də yüksək şərait yaradılacaq: “Bir məsələyə də diqqətinizi çəkmək istərdim ki, Təşkilat Komitəsi idman zallarına giriş üçün bütün sosial qruplara, əlil insanlarımıza belə xüsusi imkanlar yaradıb. Avropa Oyunları üçün inşa edilmiş arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələr olacaq. Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək səviyyədə təşkil olunacaqdır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info