Pekin Latın Amerikasında nüfuz dairəsini genişləndirir
Tarix: 30.05.2015 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“El Pais”: “Son on il ərzində Çinin bu regiondakı dövlətlərlə ticarət dövriyyəsi 21 dəfə artıb”
Çinin baş naziri Li Keçyanın Braziliya, Kolumbiya, Çili və Peruya səfəri Pekinin Latın Amerikası ölkələrinə “hücumunda” yeni bir mərhələ kimi dəyərləndirilir. “El Pais” nəşri yazır ki, rəsmi Pekin xammal və enerji qiymətlərinin enməsi fonunda, Çin mallarının ixracını artırmaqla regionda öz təsirini genişləndirməyə və Latın Amerikası ölkələrində həyata keçiriləcək infrastruktur layihələrində iştirak etməyə çalışır.
Qeyd etmək lazımdır ki, son on il ərzində Çinin bu regiondakı dövlətlərlə ticarət dövriyyəsi 21 dəfə artıb. Belə ki, Çin Braziliya, Çili və Peruda əvvəlcə mis, daha sonra isə soya və dəmir filizi almaqla sabit istehsalat zənciri təşkil edə bilib. Öz növbəsində, regionun da Çin sənaye məhsullarına olan tələbatı sürətli dərəcədə artıb. Xatırladaq ki, Çinin bu ölkələrə istehlak mallarını aşağı qiymətə satması nəticəsində Meksika və Braziliyanın yüngül sənaye sektoru tənəzzülə uğrayıb. BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının Çin ilə ticarət əlaqələrini diversifikasiya etmək barədə çağırışlarına baxmayaraq, Pekinin regionla ticarət dövriyyəsinin 73 fazizini xamma resursları təşkil edir. Latın Amerikasının Meksika istisna olmaqla bəzi ölkələri bu çağırışla barışaraq ölkələrində müasir sənaye istehsalı sahələri təşkil etməyə çalışırlar. Çində iqtisadi artımın azalması və neftin qiymətinin aşağı düşməsi fonunda Latın Amerikası ölkələrində də vəziyyət dəyişib. Belə ki, Peru, Argentina və Kolumbiya kimi ölkələrin Çinlə ticarətdə kəsirləri qeyd edilib və bu ölkələr sırasına Braziliya da qoşula bilər. Təsadüfi deyil ki, Braziliya prezidenti Dilma Rousseff çinli baş nazirlə görüşündə ikitərəfli iqtisadi əlaqələri yaxşılaşdırmağa çağırış edib. Görünür, bu çağırış artıq qüvvəyə minməkdədir. Belə ki, çinli nazir Braziliyada infrastruktur layihələrinə 53 milyard dollar yatıracaqlarını bəyan edib. Qeyd edilməlidir ki, Asiya nəhənginin vəd etdiyi milyard dollarla sərmayəyə bəzi Latın Amerikası ölkələri şübhə ilə yanaşırlar. Hələ bir müddət əvvəl Çin dövləti tərəfindən Braziliyanın “Petrobras” neft şirkətinə veriləcək 10 milyard dollar hələ də vəd olaraq qalır. Ekspertlər hesab edir ki, Pekin regionu təsir dairəsində saxlamaq və ABŞ-ın rıçaqlarını zəiflətmək üçün iqtisadi layihələrə üştünlük verir. Qeyd edilir ki, Pekin milyard dollarlar xərcləyərək Latın Amerikasında nüfuz dairəsini genişləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info