Hindistanda anomal istilərdən bir gündə 500 nəfər həyatını itirib
Tarix: 30.05.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Hindistanda anomal istilərin qurbanlarının sayı hər gün artır: təkcə ötən sutka ərzində ən azı 500 nəfər həyatını itirib. Beləliklə də, qurbanların ümumi sayı 2 min nəfəri keçib.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə dünən “India TV” telekanalı məlumat yayıb. Heydərabad şəhərinin meteoroloji mərkəzinin direktoru mayın 28-də axşam saatlarında ölənlərin rəsmi sayının 1818 nəfərə çatdığını, lakin ötən gecə boğucu istilərdən daha yüzlərlə insanın həlak olduğunu qeyd edib. Bu yay Hindistanın əksər rayonlarında temperatur normadan 7 dərəcə yuxarı olub. Paytaxt Nyu-Deli şəhərində havanın hərarəti çoxillik rekordları təzələyərək kölgədə 45-46 dərəcəyə, ölkənin cənubunda isə 47-48 dərəcəyə qədər qalxıb. Hətta ölkənin ən sərin bölgəsi sayılan Himaçal-Pradeş ştatında - Himalay dağlarının ətəklərində 42 dərəcə isti qeydə alınıb. Hindistanın meteoroloji departamentinin məlumatına görə, anomal istilər ən azı həftənin sonuna qədər davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
İran prokurorluğu “Telegram”la bağlı istintaqa başlayır
01.04.2020
Keçmiş prezident korona virusundan öldü
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info