“Rusiya Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil kurs yeritməsini alqışlayır”
Tarix: 30.05.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Moskvada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunan mərasimdə xarici ölkələrin Moskvada akkreditə olmuş səfirləri, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dövlət Dumasının deputatları, universitet rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb: "97 il öncə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub, Şərqdə ilk demokratik respublika yaradılıb”.
Azərbaycan-Rusiya münasibətlərindən danışan diplomat bildirib ki, Rusiya ilə dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan üçün önəmlidir və bu, ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir. Azərbaycanın I Avropa Oyunlarına hazırlığı barədə məlumat verən səfir bütün idmançılara uğurlar arzulayıb. Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin isə çıxışında Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya xalqlarının tarixi və mədəniyyət ənənələri bir-birinə möhkəm bağlıdır: “Rusiya Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil kurs yeritməsini alqışlayır”. Tədbir çərçivəsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təsis etdiyi və hər il keçirilən Heydər Əliyev adına mükafatının sahibləri də açıqlanıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info