“Bakı 2015”lə bağlı bütün İKT işləri mükəmməl şəkildə təşkil edilib”
Tarix: 30.05.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


“Birinci həmişə yadda qalan olur. Bu baxımdan birinci Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi böyük uğurdur”. Bu fikirləri qəzetimizə “Alsatech” təşkilatının meneceri Vladislav Petrov bildirdi.
Bir neçə aydır Azərbaycanda işlədiyini deyən Vladislav Petrov bu cür mötəbər yarışın Azərbaycana böyük imic qazandıracağını vurğuladı: “İyunun 12-dən 28-dək bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Belə yarışlar idmançıların məsuliyyətini artırır. İnanıram ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı böyük rəqəmdir. Fikrimcə, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq. Bu Oyunlarda mənim dövlətim-Rusiyadan da yüzlərlə idmançı iştirak edəcək. Mən çox məmnuniyyətlə gedib Oyunlara tamaşa edəcəm və təmsilçilərimizi dəstəkləyəcəm”. Onun sözlərinə görə, birinci Avropa Oyunlarının Bakıda təşkili böyük imtahan və məsuliyyətdir: “Ölkənizin müxtəlif yerlərində yeni infrastruktur layihələrinin həyata keçirildiyi müşahidə olunur. Bu Oyunlarla bağlı bütün lazımi İKT işləri həyata keçirilib. Bir mütəxəssis olaraq deyirəm ki, bu işlər çox mükəmməl şəkildə təşkil edilib. Avropa Oyunlarında iştirak edəcək könüllülərin də aktivliyi hiss olunur. İlk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacib amillərdəndir. Əminəm ki, bu mərasimlər daha yaddaqalan və möhtəşəm olacaq”. Vladislav Petrova görə, ilk Avropa Oyunları Azərbaycanın həyatında əhəmiyyətli rol oynayacaq: “Hər hansı bir sahədə və yarışda dünyada bir ilk olaraq xatırlanmaq qürurvericidir. Bu baxımdan illər sonra qürurla deyə biləcəksiz ki, “Bakı 2015” sizin bəxtinizə düşüb. Ölkəniz bu yarışlardan sonra dünyada daha da məşhur olacaq. Görülən işlər bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram”. Azərbaycana heyran olan Vladislav Petrov özünü burada çox rahat hiss etdiyini dedi: “Çox tolerant ölkəniz var. Azərbaycanda saysız ruslar yaşayır. Burda adam özünü yad hiss etmir. Sanki öz ölkəmdəyəm”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info