İran gömrükçüləri ilə yüklərin buraxılması məsələləri müzakirə edilib
Tarix: 30.05.2015 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan Respublikası ilə İran İslam Respublikası gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Hər iki görüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Astara Gömrük İdarəsində keçirilən görüşdə İran İslam Respublikasını Astara məntəqəsi üzrə sərhəd komissarı İrac Zareinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açıb. İdarə rəisi Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı təşkil olunan görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini vurğulayıb. İran nümayəndə heyətinin rəhbəri İrac Zarei ölkələrimiz arasında mövcud əlaqələrə toxunaraq azərbaycanlı həmkarları ilə görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığını diqqətə çatdırıb. Görüşdən sonra İran İslam Respublikasının nümayəndə heyəti azərbaycanlı həmkarlarının təcrübəsindən yararlanmaq məqsədilə Astara gömrük-keçid məntəqəsinin ərazisində gömrük rejimi zonasında iş prosesini yaxından izləyərək, yaradılan şəraitdən razılıqlarını bildiriblər. Azərbaycan Respublikasının Biləsuvar Gömrük İdarəsində keçirilən görüşdə isə idarə rəisi İlqar Abdullayev Azərbaycan və İran arasında ənənəvi dostluq münasibətlərinin bugünkü səviyyəsindən bəhs edib, hər iki ölkənin milli maraqlarına cavab verən qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin genişlənməkdə olduğunu söyləyib. İran İslam Respublikası nümayəndə heyətinin rəhbəri, Aslandüz məntəqəsi üzrə sərhəd komissarı Səid Sabiri Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən danışaraq, öz növbəsində, iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. Qonaqlar “Qoşatəpə” gömrük-keçid məntəqəsinin ərazisində gömrükçülərin iş prosesi ilə yaxından tanış olub, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Hər iki görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması, eləcə də nəqliyyat vasitələrinin növbə yaranmadan maneəsiz hərəkətinin təmin edilməsi və bir sıra digər məsələləri ətraflı müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info