“Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı yüksək səviyyədədir”
Tarix: 30.05.2015 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov I Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, test-sınaq avadanlıqlarının, proqram təminatlarının, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının Oyunlara hazırlıq vəziyyətinə baxış keçirib. Tədbirdə radiomonitorinq avadanlıqlarının, tezlik analizatorlarının, test-sınaq avadanlıqlarının texniki imkanlıqları, oyunlarda istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərini yeni texnologiyanın tətbiqi ilə yoxlanılması üzrə nazirə ətraflı məlumat verilib və sözügedən avadanlıqlar üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.
Qeyd edilən tədbirdən sonra I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə RYTN-də nazirliyin birlik və müəssisələrinin, digər əlaqədar strukturların rəhbərlərinin I Avropa Oyunlarına hazırlıq üzrə RYTN-də geniş iclas keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyəti, oyunların hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyi və başa çatdırıldığı, RYTN-nin rabitə birlik və müəssisələrinin, digər əlaqədar strukturların BAOƏK-lə birgə səmərəli fəaliyyət göstərdikləri qeyd edilib. Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə və dövlət və strateji internet saytlarının mühafizəsinə və informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1” peykinin oyunların yayımında istifadəsinə dair məlumatları dinlənildi.
Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın “Global Wireless Solutions” şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edildi. Mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənildi. Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib, Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı lazımi səviyyədə olduğunu qeyd edib və oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

“I Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”

Bütün telekommunikasiya kompleks sistemlərinin hamısının yoxlanılması mərhələsindəyik və artıq ölkəmizdə keçiriləcək I Avropa Oyunları zamanı ölkədə radiotexniki vəziyyətə nəzarət sisteminin monitorinqini keçirdiklərini deyən nazir I Avropa Oyunları zamanı radiotexniki sistemlərin texniki sistemlər arasında mühüm yer tutmasını vurğulayıb: “Azərbaycanda simsiz texnologiyaların inkişafı radiotexniki sistemin üzərinə böyük yük qoyub. I Avropa Oyunları isə bu yükü 2-3 qat artıracaq. Təxminən 10 mindən çox radiotexniki avadanlıqlar, sistemlər, individual sistemlər əlavə olunacaq. Buna görə də bu sistemlərin dayanıqlı işləməsi vacibdir”. Nazir I Avropa Oyunları zamanı bir çox avtomobillərdə mobil, portativ stansiyaların qurulduğunu, proqram təminatının istifadəyə verildiyini bildirib və əlavə edib ki, oyunlar ərəfəsində bütün bu hazırlıq vəziyyəti yoxlanılır: “Artıq sınaqlara başlanılıb. Oyunlar zamanı hər şey qaydasında olacaq. Bu istiqamətdə bizim heç bir problemimiz olmayacaq. Oyunların normal keçirilməsi, onlara radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazır vəziyyətdədir”.

Mobil operatorlara xəbərdarlıq

Nazir çıxışında bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlardan son istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edib. Onun sözlərinə görə, əks halda bu, mobil operatorların lisenziyasının etibarlılıq müddətinin uzadılmasına təsir edə bilər. GWS şirkətinin mütəxəssisi Roman Kilişek Azərbaycanın mobil operatorlarının (Azercell, Bakcell və Azerfon) səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini orta qiymətləndirib.

İltimas Məmmədov: “Avropa Oyunları ilə bağlı
IMEI-kodlarının qeydiyyat müddəti uzadılıb”


İclasda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. İ.Məmmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir. Nazir müavini həmçinin qarşıdan gələn yarışlarla əlaqədar nazirlik tərəfindən aparılan telekommunikasiya infrastrukturunun hazırlıq işlərindən də danışıb: “300 kilometrdən çox optik lifli və 5 kilometrə yaxın mis rabitə kabelləri çəkilib. Alternativlik və dayanıqlıq üçün I Avropa Oyunlarının keçiriləcəyi məkanların qoşulacağı iki xətdən - əsas və alternativ - istifadə olunacaq”.
Bundan başqa, rabitə və telekommunikasiya xidmətlərinin dayanıqlığı üçün ölkənin bir sıra dövlət strukturlarında da optik xətlər istifadə olunacaq: “İyunun 2-nə kimi idman yarışlarının keçiriləcəyi idman komplekslərində daxili rabitəni təmin etmək üzrə işlər başa çatacaq. Bu istiqamətdə işlər mobil operatorlar “Azercell” və “Bakcell” tərəfindən aparılır, yarışların yayımı üçün 4 peykin (Intelsat, AsiaSat, Utelsat i Azerspace) resurslarından istifadə olunacaq”.
I Avropa Oyunları ilə bağlı sizi maraqlandıran bütün suallara görə 2015 nömrəsinə zəng edə bilərsiniz. Nömrə bir neçə dildə fəaliyyət göstərir.

Avropa Oyunları zamanı kiberhücumlara qarşı böyüktutumlu qorunma sistemi yaradılıb

İclasda çıxışı zamanı “Delta Telekom”un direktoru Ramazan Vəliyev bildirib ki, I Avropa Oyunları zamanı internet üzərindən gələcək hücumların qarşısını “Delta Telekom” alacaq: “Böyüktutumlu sistemlərdən biri Avropada, Sofiya və Frankfurtda yerləşir. Bu sistem dövlət qurumlarının saytlarına, olimpiya oyunları saytına Avropadan internet üzərindən gələcək hücumların qarşını alacaq”.
Rəqəmsal televiziya yayımına
tam keçidin tarixi açıqlandı

Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir. Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.
Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlət dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info